Mojo.az Banner
15:35 Əməkdar artist qaydaları pozdu - Video  |     15:30 Cinayətdə şübhəli bilinən 68 nəfər saxlanıldı  |     15:22 Oman sahillərində bir milyon barel neft daşıyan tanker batır  |     15:17 DYP velosipedçilərə müraciət etdi  |     15:10 Bu ölkələrə Hörmüz boğazından keçid qadağan ediləcək  |     15:02 Moldova və Rusiya arasında PUA gərginliyi: Səfir geri çağırıldı  |     14:52 Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün təqvimi açıqlandı  |     14:51 Azərbaycanda kafedra müdiri vəfat edib  |     14:50 Sabah Bakıda yağış yağacaq  |     14:48 Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş - FOTO  |     14:47 Beşqat NBA çempionu vəfat edib  |     14:45 Zaqatalada minik avtomobilləri toqquşdu: İcra başçısının sürücüsü öldü  |     14:06 Bina sakinləri çətin vəziyyətdə: Mənzilə çıxarış verilmir, evin içinə su damır - Video  |     13:55 Sabah Astarada qaz olmayacaq  |     13:42 Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO  |     13:39 Azərbaycan nefti bahalaşıb  |     13:00 Çində "Delfin" tayfunu: Bir milyondan çox insan təxliyə edildi  |     12:56 Amerikalı aktyor və keçmiş siyasətçi Ben Cons vəfat edib  |     12:52 Hacıqabulda qayınata sərxoş kürəkənini çomaqla döydü  |     12:48 Şəmkirdə qaynaqçını cərəyan vurub öldürdü  |    
Left Banner
Right Banner

Prezident səfirlərin etimadnamələrini qəbul etdi - YENİLƏNİB

08.01.2018 16:16 6 260
Prezident səfirlərin etimadnamələrini qəbul etdi - YENİLƏNİB
Prezident İlham Əliyev Monqolustan səfirini qəbul edərkən, ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və qeyd edib ki, Azərbaycan tərəfi Monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır.

Monqolustan prezidenti ilə bu yaxınlarda telefon danışığını məmnunluqla xatırladan İlham Əliyev söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini bildirib və hər iki tərəfin bu vaxtadək dövlət başçıları və hökumətlər səviyyəsində fəal əlaqələrin olmamasını təəssüf hissi ilə qeyd etdiklərini vurğulayıb. Dövlət başçısı bildirib ki, bu baxımdan ölkələrimizin müxtəlif qurumları - parlamentlər, nazirliklər, biznes qrupları arasında və siyasi sahədə əlaqələrin həyata keçirilməsi önəmlidir və əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqanın salamlarını dövlətimizin başçısına çatdırıb və onun da Azərbaycan prezidenti ilə telefon danışığını məmnunluq hissi ilə xatırladığını vurğulayıb. İkitərəfli münasibətlərin istənilən səviyyədə olmadığını bildirən səfir əməkdaşlığımızın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

* * * * *

Ölkə prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Dövlət başçısı bu gün Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahim, Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdan və Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnamələrini qəbul edib.скачать dle 11.3
Mojo.az Banner