Mojo.az Banner
20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi

15.09.2026 17:59 237
Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi
Ukrayna Ali Radası ölkədən qaçan Ruslan Kravçenkonun Ukraynanın baş prokuroru postundan kənarlaşdırılmasını dəstəkləyib.

Median.Az
TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı 317 millət vəkili təsdiqləyib. Baş prokurorun istefası əleyhinə heç bir deputat səs verməyib. Radanın iclasından əvvəl Kravçenko öz "Telegram" kanalında qanunvericilərə təzyiq göstərildiyini bildirərək, onları qərarları müstəqil şəkildə qəbul etməyə çağırıb.

Kravçenko 2025-ci ilin iyunundan bu postda çalışırdı. O, Volodimir Zelenskinin təyin etdiyi dördüncü baş prokuror olub.

Sentyabrın 4-də Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) baş prokurorluq ofisinin struktur bölmələrindən birinin rəhbər müavininin başçılıq etdiyi cinayətkar təşkilatın ifşa edilməsi üzrə yeni əməliyyat barədə məlumat yayıb. İstintaqın məlumatına görə, təşkilat dələduzluqla məşğul olan çağrı mərkəzlərinə havadarlıq etmək və əmlakın qanuniləşdirilməsi ilə məşğul olub. O cümlədən, Kravçenko ilə bağlı da axtarışlar aparılıb. Sentyabrın 7-də isə o, istefa ərizəsi yazdığını elan edib.

Sentyabrın 14-ü səhər saatlarında baş prokuror NABU direktoru Semyon Krivonos və SAP rəhbəri Aleksandr Klimenkoya yaxın olan şəxs barəsində ittiham aktını imzalayıb. Kravçenko həmçinin Ukraynadan guya ezamiyyətə getdiyini açıqlayıb. Yalnız bundan sonra, Ukrayna KİV-lərinin məlumatına görə, çoxdandır NABU və SAP-a zərbə endirməyə hazırlaşan Zelenski baş prokurorun istefası barədə qərarı Radaya təqdim edib. Daha sonra Zelenski hərbi vəziyyət rejiminin verdiyi genişləndirilmiş səlahiyyətlərdən istifadə edərək öz fərmanı ilə Kravçenkonu vəzifəsindən kənarlaşdırıb.скачать dle 11.3
Mojo.az Banner