Mojo.az Banner
18:09 Xırdalanda daş sexinin fəaliyyətindən NARAZILIQ - VİDEO  |     18:01 Sürücülər bu mahnılara qulaq asmasın  |     17:57 Sumqayıtda zəncirvari qəza: Beş avtomobil toqquşub  |     17:53 Azərbaycan polisi Amerikada vacib sammitə dəvət olundu  |     17:35 “Gənclik Mall”da xəbərdarlıq sistemi buna görə işə düşüb  |     17:28 Anar Əsədli barəsində YENİ QƏRAR  |     17:19 Peskov: "Sülh danışıqları uzandıqca Kiyevə qarşı tələblər sərtləşəcək"  |     17:08 Pensiyalar nə vaxt veriləcək?  |     17:08 Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanıldı - VİDEO  |     16:41 Leyla Əhmədova həbs olundu  |     16:41 Bu il neçə kişiyə ödənişli atalıq məzuniyyəti verilib?  |     16:39 "Kəpəz" - "Qəbələ" qarşılaşması sükutla başlayacaq - SƏBƏB  |     16:37 Gənc oğlan Bakıda daş karxanasında öldü  |     16:05 İran-Azərbaycan sərhədində 38 kq narkotik aşkarlanıb  |     15:29 Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO  |     15:05 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib  |     14:54 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı  |     14:47 Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar  |     14:46 Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM  |     14:45 Qumarda 20 min manat uduzan növbə rəisi HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Ukraynanın sabiq baş nazirinin istintaqı başa çatdı

08.04.2026 15:19 387
Ukraynanın sabiq baş nazirinin istintaqı başa çatdı
Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları keçmiş baş nazir və "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko ilə bağlı istintaqı başa çatdırıb.

Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) açıqlama yayıb.

"Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu və Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu Ali Radadakı parlament fraksiyalarından birinin rəhbəri ilə bağlı iş üzrə istintaqı başa çatdırıb", - deyə prokurorluğun "Telegram" kanalında verilən açıqlamada qeyd olunub.

Qurum tərəfindən siyasətçinin soyadı açıqlanmasa da, işin sadalanan halları məhz Timoşenkoya işarə edir. SAP qeyd edib ki, siyasətçi yanvar ayında Rada deputatlarına rüşvət təklif etməyə cəhd göstərərkən ifşa olunub. İstintaqın versiyasına görə, söhbət birdəfəlik qanunsuz ödənişdən yox, əvvəlcədən ödənişləri nəzərdə tutan və uzun müddətə hesablanmış müntəzəm əməkdaşlıq mexanizmindən gedirdi.

Qeyd edək ki, yanvarın 14-nə keçən gecə Ukraynanın antikorrupsiya idarələri Rada deputatlarının ələ alınması işi ilə əlaqədar Kiyevdə "Batkivşina" partiyasının ofisində axtarışlar aparıb. Timoşenkoya qanunsuz fayda təklif etmə maddəsi ilə ittiham irəli sürülüb, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Milli Antikorrupsiya Bürosu tərəfindən dərc edilən səs yazılarına əsasən, o, parlamentdə müəyyən şəkildə səs vermələri üçün deputatlara ayda 10 000 dollar təklif edib. Yanvarın 16-da məhkəmə onun barəsində girov müqabilində azadlığa buraxılma şəklində qətimkan tədbiri seçib. O, müstəntiqin, prokurorun və məhkəmənin tələbi ilə dərhal gəlməli, yaşayış və iş yerinin dəyişdirilməsi barədə xəbərdarlıq etməli və xarici pasportunu təhvil verməlidir. Timoşenko istintaqın səs yazılarının saxtalaşdırıldığını iddia edir, onun vəkillər qrupu isə artıq Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət hazırlayır.скачать dle 11.3
Mojo.az Banner