Mojo.az Banner
19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |    
Mojo.az Avto
Mojo.az Avto

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

15.09.2026 15:16 174
Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 il 6 ay müddətə həbsə məhkum edilməsinə dair hökmündən apellyasiya protesti verib.

Bildirilib ki, ittihamçı-prokurur Qadir Məmmədovun Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) və 228.4-cü (Qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək ümumilikdə 19 il həbsə məhkum edilməsini, cəzasını ciddi rejimli müəssisədə çəkməsini tələb edib. Lakin Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrlik etdiyi kollegiya əməldə xuliqanlıq tərkibinin olmaması qərarına gəlib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri üzrə günahkar hesab edilərək ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Mərhumun atası Hafiz Əliyev yeganə oğlu olan İlkini qətlə yetirən şəxsə ömürlük cəza verilməsini tələb edib. O bildirib ki, oğlu evli olub və bir körpəsi yadigar qalıb. Hadisədən sonra İlkinin anası ağır xəstəliyə düçar olub.

Apellyasiya protestinə Şəki Apellyasiya Məhkəməsində hakim Anar Əsgərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisədən əvvəl təqsirləndirilən şəxslə qətlə yetirilən İlkin İsgəndərli bir-birlərini tanımayıblar. Müəyyən edilib ki, Qobustan rayonunda qeydiyyatda olan İlkin həmin gün Ağdaşa dostları ilə birgə toya gedib. Toyun sonlarına yaxın onlarla gəlinin bir neçə qohumu arasında mahnı sifarişinə görə mübahisə yaranıb. Mübahisə zəminində tərəflər şadlıq evinin foyesinə çıxıblar və burada İlkin bıçaqlanaraq öldürülüb.

Mərhumun ailəsi iddia edib ki, hadisədə 20-30 nəfər iştirak edib və İlkinə kütləvi hücum edərək döyüb bıçaqlayıblar:

"Şadlıq evində 28 kamera var, amma cinayətin görüntüləri çıxarılmadı. Həmçinin sonradan baxanda göründü ki, ətrafdakı kameralar da sökülüb. Oğlumu qətlə yetirənlər arasında Qadirin oğlu Nadir də olub, amma o, məsuliyyətdən kənarda qalıb".

Təqsirləndirilən şəxs isə deyib ki, həmin gün xalası nəvəsinin toyu olub. O, İlkinin oğlu ilə mübahisə etdiyini və onu vurduğunu, buna görə də üzərindəki soyuq silah hesab edilən xəncərlə həmin şəxsə zərbələr endirdiyini söyləyib.скачать dle 11.3
Mojo.az Banner