Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:08 Göyçayda 10-a yaxın kənd işıqsız qalıb | 18:55 Bu yollarda sıxlıq var - SİYAHI | 18:31 TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq | 18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi: 18 il həbs cəzası aldı

14.12.2024 13:57 1 596
Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi: 18 il həbs cəzası aldı
Yevlaxda toyda tanışını qətlə yetirməkdə təqsirləndirilən 20 yaşlı oğlanın məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Tahir Abdullayev 18 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, hadisə bu il iyunun 10-da Yevlax rayonunda toyda baş verib. 2004-cü il təvəllüdlü Tahir Abdullayev həmyerlisi 2000-ci il təvəllüdlü Elmir Abışova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib. Elmir Abbasov xəstəxanaya aparılırakən yolda ölüb. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılsa da, sonradan təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ittiham olunub.

Son xəbərlər