Mojo.az — elanlar
Son Xəbərlər
13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

On bir il əvvəl arvadını öldürdü: Həbsdən çıxıb onunla münasibətlərindən şübhələndiyi kişini qətlə yetirdi

15.10.2025 12:17 552
On bir il əvvəl arvadını öldürdü: Həbsdən çıxıb onunla münasibətlərindən şübhələndiyi kişini qətlə yetirdi
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Eynulla Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 1974-cü il təvəllüdlü Eynulla Musayev Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə), 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunub. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 dekabr 2013-cü il tarixli hökmü ilə 120.1-ci maddə ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrumedilmə cəzasına məhkum olunub, 27 aprel 2022-ci il tarixli qərarla şərti olaraq vaxtından əvvəl azad edilib.

Belə ki, təqsirləndirilən şəxs keçmiş arvadı ilə münasibətlərini bəhanə edib həmkəndlisi, 57 yaşlı, zərərçəkmiş Akif Qəribovu öldürmək qərarına gəlib. O, 12 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub, zərərçəkmişin müdafiə olunmağa qadir olmadığı vəziyyətdə baş və bədən nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vurub.

Eynulla Musayevin bu hərəkətləri nəticəsində Akif Qəribov komaya düşüb, nəticədə ölüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eynulla Musayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Eynulla Musayev 2013-cü ildə həyat yoldaşı 38 yaşlı Şərqiyyə Musayevanın başını kəsərək qətlə yetirmişdi.

Son xəbərlər