Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

"Köhnə Bakı"da müştərini öldürən ofisiantın hökmündən protest və şikayət verilib

21.12.2018 18:54 5 369
Bakı Apellyasiya Məhkəməsində Mirzağa Məmmədovun CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəlləri ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, ötən il dekabrın 20-də Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, Çingiz Qədirliyə (1999-cu il təv.) bıçaqla ağır xəsarətlər yetirib. Respublika Klinik Xəstəxanasına çatdırılan gənc orada kəskin qanitirmədən dünyasını dəyişib. Onun öldüyünü eşidən yaxınları xəstəxanaya gələrək, mühafizəçiyə xəsarətlər yetiriblər, xəstəxananın qapılarını və şüşələrini sındırıblar. Çağırış əsasında hadisə yerinə Yasamal RPİ Post-Patrul Xidmətinin əməkdaşları cəlb olunaraq, asayişi bərpa ediblər.


Cinayəti törədən Mirzağa Məmmədov həmin axşam Binəqədi RPİ-nin əməkdaşları tərəfindən şübhəli saxlanılıb və istintaqa təqdim olunub. İbtidai istintaq təqsirləndirilən şəxsə CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məmmədov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onun ittiham olunduğu CM-nin 120.2.2-ci maddəsi 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib.


Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il cəza təyin olunmasını xahiş edib.

Hökmdən prokuror apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində ilkin baxış zamanı M.Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış dekabrın 28-nə təyin edilib.скачать dle 11.3
Mojo.az Banner