Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

12.09.2026 16:55 336
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
“Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım”.

Bu sözləri ASAN TV-yə müsahibəsində “Qarabağ”ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumçu həyatından, gələcək hədəflərindən və arzularından söz açıb.

“İstərdim ki, o klublarda oynayan ilk azərbaycanlı mən olum”

“Bakıda doğulmuşam, Bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm. İstəyirəm ki, PSJ, “Barselona”, “Real”da oynayan ilk azərbaycanlı mən olum”.

“Yuxuda görürəm ki…”

Ceyms Eziasi atasının da futbolçu olduğunu vurğulayıb: “Hazırda “Qarabağ”ın U-14 komandasının hücumçusuyam. Futbol mənim üçün hər şeydir. Atam da futbolçu olub. Yəqin ki, bu da mənə qandan keçib. Özümü futbolsuz təsəvvür etmirəm. Hətta yuxuda da futbol görürəm. Görürəm ki, PSJ-də oynayan ilk azərbaycanlı mənəm. Ən sevdiyim futbolçular isə Kilian Mbappe və Vinisius Juniordur. Həqiqətən də qol vuranda çox sevinirəm. Elə oyunlar olur ki, 2, 4 qol vururam”.

Qurban Qurbanovla işləmək istəyir

O bildirib ki, “Qarabağ”ın əsas komandasında çıxış etməyi hədəfləyib: “Qurban Qurbanovu çox bəyənirəm. Mənim üçün o, çox yaxşı baş məşqçidir. Çalışıram ki, daha yaxşı oynayım, “Qarabağ”ın əsas heyətinə düşüm. Qurban Qurbanov mənim məşqçim olsun. Ən böyük arzum isə Azərbaycan millisində oynamaqdır”.

Ceyms Eziasi Azərbaycan, rus və ingilis dillərini bildiyini də söyləyib.

“Mehriban olmasaq, qələbə qazana bilmərik”

Ceyms qeyd edib ki, “Qarabağ”ın U-14 kollektivində komanda yoldaşları ilə isti münasibət saxlayır: “Komanda yoldaşlarımızla mehribanıq. Bir-birimizi çox istəyirik. Biz mehriban olmasaq, heç bir oyunda qələbə qazana bilmərik”.

Son xəbərlər