Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”

11.09.2026 21:35 351
Moskvadan sərt mesaj:
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev ölkəsinin nüvə silahından istifadə etmək imkanlarını şərh edərkən Ukrayna və NATO-ya növbəti dəfə xəbərdarlıq edib.

Median.Az xəbər verir ki, Rusiyanın “Vedomosti” qəzetinə müsahibə verən Medvedev Moskva üçün təhlükə yarandığı təqdirdə nüvə doktrinasına uyğun olaraq müvafiq addımların atılacağını bildirib.

O vurğulayıb ki, bu bəyanatlar sadəcə qorxutmaq məqsədi daşımır:

“Bu, bir qorxu hekayəsi deyil, reallıqdır. Təhlükəsizliyimizə yönəlmiş təhdidlər zamanı nüvə silahından istifadə hüququmuz var. Həmçinin, nüvə dövlətinin dəstəyi ilə Rusiya və ya Belarusa edilən hər hansı təcavüzə də cavab vermək haqqımız çatır. Kiyevi dəstəkləyən Qərb dünyanı qəsdən nüvə qiyamətinin astanasına gətirir”.

Ukrayna ordusunun 2024-cü ildə Kursk vilayətinə daxil olmasını, Zaporojye AES-ə və Rusiya şəhərlərinə hücumlarını xatırladan Təhlükəsizlik Şurasının rəsmisi bu addımların Üçüncü dünya müharibəsinə yol aça biləcəyini qeyd edib:

“Hərbi potensialımız Kiyev və NATO-nun əsas hədəflərinə daş üstündə taş qoymayacaq, geridə yalnız boz nüvə külü saxlayacaq zərbələr endirməyə imkan verir. Lakin bu, təkcə onlar üçün deyil, bütün planet üçün geri dönülməz nöqtə olar. İnsanlığın taleyindən məsuliyyət daşıdığımızı anlayırıq və qlobal fəlakətin qarşısını almağa çalışırıq. Amma səbrimizin də bir həddi var. Digər vasitələr nəticə verməzsə, buna əl ata bilərik. Bu addıma artıq bir neçə pillə qalıb”.//sfera.az

Son xəbərlər