Mojo.az — elanlar
Son Xəbərlər
13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq

31.08.2026 12:39 450
Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq
Piyada keçidinə yaxınlaşan sürücünün piyadaya yol verməsi qanunla müəyyən edilmiş tələb olsa da, reallıqda bu qaydaya hər zaman əməl edilmir. Xüsusilə işıqforla tənzimlənməyən piyada keçidlərində insanlar yolun kənarında uzun müddət gözləməli olur, bəzi hallarda isə avtomobillər piyadanın qarşısında sürəti azaltmadan hərəkətini davam etdirir. Bu isə həm qəza riskini artırır, həm də piyadaların təhlükəsizliyini sual altına alır. Bəs sürücülər niyə piyada keçidində yol vermək qaydasına əməl etmirlər?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Median.Az-a açıqlama verib.

Ekspert deyib ki, nizamlanan, yəni işıqforla tənzimlənən piyada keçidlərində olduğu kimi, nizamlanmayan, eyni səviyyəli piyada keçidlərində də sürücülər mütləq piyadalara yol verməlidirlər:

“Piyadaya yol vermək həm sürücü mədəniyyətindən irəli gəlir, həm də “Yol hərəkəti haqqında” Qanunun tələbidir. Təəssüf ki, bu tələblərə əməl edilmədikdə ağır faciələrlə üzləşirik. Avtomobilin piyada ilə toqquşması nəticəsində piyada ağır xəsarət ala bilər. Ona görə də sürücülər bu məsələyə daha diqqətlə yanaşmalıdırlar. Bilməlidirlər ki, nizamlanmayan piyada keçidində də üstünlük piyadaya məxsusdur. Piyada artıq keçidə ayağını qoyubsa və yola enibsə, sürücü avtomobili mütləq saxlamalı və ona yol verməlidir. Avtomobil elə hərəkət etməlidir ki, piyadanın hərəkət trayektoriyasına mane olmasın. Yəni piyada avtomobilə görə istiqamətini dəyişməməli və onun üçün təhlükə yaranmamalıdır”.

O bildirib ki, şəhərdəki piyada keçidlərinin təşkilinə də bir daha nəzər yetirmək lazımdır:
“Piyada keçidlərinə 100-150 metr qalmış əlavə xəbərdaredici nişanların quraşdırılması məqsədəuyğun olardı. Həmçinin piyada keçidinə yaxın ərazilərdə maksimal sürət həddini göstərən nişanların yerləşdirilməsi də faydalı ola bilər. Çünki saatda 60 kilometr sürətlə hərəkət edən avtomobilin qarşısına qəfil piyada çıxarsa, onu dərhal saxlamaq kifayət qədər çətin olur. Mövcud cərimə mexanizminin tənbeh tədbiri kimi kifayət etdiyini düşünürəm. Bu səbəbdən piyada keçidlərində piyadaya yol verməmə ilə bağlı cərimələrin xüsusi olaraq artırılmasına ehtiyac görmürəm. Bu məsələ, ilk növbədə, hər bir sürücünün mədəniyyətindən və sürücülük bacarığından irəli gəlir. Təəssüf ki, sürücülərin bir qismi yol hərəkəti qaydalarını kifayət qədər yaxşı bilmir. Bu da nəticədə təhlükəli vəziyyətlərin və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur”.

Aysel

Son xəbərlər