Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama

31.08.2026 12:02 495
Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama
Yollarda baş verən qəzaların və nəqliyyat sıxlığının əsas səbəblərindən biri sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsidir. Müxtəlif pozuntulara görə tətbiq edilən inzibati cərimələrə baxmayaraq, bəzi qayda pozuntuları gündəlik hərəkətdə daha çox müşahidə olunur. Ara məsafəsinin düzgün saxlanılmaması, dayanma və durma qaydalarının pozulması, piyadalara yol verilməməsi və avtobus zolaqlarından qanunsuz istifadə bu hallar sırasındadır.

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Median.Az-a bildirib ki, ara məsafəsinin düzgün seçilməməsi yol hərəkətində ən çox rast gəlinən qayda pozuntularından biridir:

“Bu hal xüsusilə sıx nəqliyyat şəraitində daha qabarıq şəkildə özünü göstərir və qəza riskini əhəmiyyətli dərəcədə artırır. Sürücülər bəzən yol və hava şəraitini nəzərə almadan, qarşıdakı nəqliyyat vasitəsi ilə kifayət qədər məsafə saxlamırlar ki, bu da qəfil dayanma və toqquşmalara səbəb ola bilir. Bununla yanaşı, yol hərəkətində “anlaşma prinsipi”nin pozulması da geniş yayılmış hallardandır. Xüsusilə dairəvi hərəkət sahələrində sürücülər arasında növbəlilik qaydasının gözlənilməməsi, üstünlük hüququnun nəzərə alınmaması və yol vəziyyətinin düzgün qiymətləndirilməməsi kimi hallar tez-tez qayda pozuntularına səbəb olur. Ən çox rast gəlinən pozuntular sırasında dayanma və durma qaydalarının pozulması da xüsusi yer tutur. Sürücülərin qadağan olunmuş yerlərdə dayanması və ya uzun müddət nəqliyyatın hərəkətinə mane olacaq şəkildə durması həm sıxlıq yaradır, həm də yolun buraxılış qabiliyyətini azaldır”.

Ekspertin sözlərinə görə, piyadalara üstünlük verilməməsi də yol hərəkətində ciddi problemlər yaradan pozuntular sırasındadır:

“Piyada keçidlərində sürücülərin üstünlük qaydasına əməl etməməsi həm piyadaların təhlükəsizliyini ciddi şəkildə risk altına alır, həm də ən çox cərimələnən inzibati xətalar sırasında yer alır. Son illərdə diqqət çəkən digər bir məsələ isə avtobus zolağına daxil olma hallarının artmasıdır. Bu qayda pozuntusu ictimai nəqliyyatın hərəkətinə mane olur, avtobusların qrafikini pozur və yol hərəkəti intizamına mənfi təsir göstərir. Bu tip pozuntular həm yol polisi tərəfindən, həm də müşahidə kameraları vasitəsilə qeydə alınır və inzibati cərimələrlə nəticələnir. Ümumilikdə, sadalanan qayda pozuntuları yol təhlükəsizliyi baxımından ciddi risk yaradır və ən çox rast gəlinən inzibati xətalar sırasında yer alır”.

Aysel

Son xəbərlər