Mojo.az Banner
17:25 Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq  |     17:23 Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı  |     17:22 Almaniyalı qapıçı Azərbaycana gəlir  |     17:05 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb  |     16:54 Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq  |     16:53 Ədliyyə Nazirliyinin sabiq ekspertinə ağır cəza istənilib  |     16:40 "Mançester Yunayted" Bruno Fernandeşlə bağlı QƏRARINI VERDİ  |     16:23 Estoniyada yeni prezident seçildi  |     16:12 Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır  |     16:03 MİDA adından saxta müqavilələr hazırlayan qadınlar ifşa edildi - VİDEO  |     15:52 Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı  |     15:25 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın"  |     15:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     14:23 Azərbaycanlı ağırlıqqaldıran dopinqə görə üç il cəzalandırılıb  |     14:22 Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi  |     14:20 Azərbaycanla Qırğızıstan arasındakı memorandum təsdiq edildi - FƏRMAN  |     14:20 Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ  |     14:18 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı  |     14:18 Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq  |     14:17 "Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib  |    
Left Banner
Right Banner

Bakı-Xırdalan qatarlarının sürət həddi azaldılıb - SƏBƏB

28.08.2026 12:17 207
Bakı-Xırdalan qatarlarının sürət həddi azaldılıb - SƏBƏB
Xırdalan-Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların mənzil başına çatma müddəti müvəqqəti olaraq artırılıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, buna səbəb ADY-nin Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlamasıdır:

"Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.

Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan-Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.

Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner