Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək

14.08.2026 17:07 453
Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur.

Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Xırdalan-Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözügedən istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlanıb.

Hazırda Xırdalan-Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir, eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir. Bütün bu işlər başa çatdıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə qatarların Sumqayıta hərəkəti yeni tədris ili başlayanadək bərpa olunacaq.

Sözügedən qatarlar həmişəki qaydada həftənin bütün günlərində mövcud dayanacaqlar üzrə hərəkət edəcək.

Son xəbərlər