Mojo.az Banner
21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının fəaliyyəti nə zaman bərpa olunacaq? - VİDEO

11.08.2020 14:17 2 385
Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının fəaliyyəti nə zaman bərpa olunacaq? - VİDEO
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək, yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Baku TV xəbər verir ki, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq.

Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü genişləndirilmə işlərinə mane olur. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sözçüsü Natavan Bayramova Baku TV-yə bildirib ki, Sumqayıta gedən və Sumqayıtdan Bakıya gələn sərnişinlərin narahatlığına səbəb yoxdur:

“Hazırda Abşeron dairəsi üzrə tam hərəkət mövcud olduğundan həmin sərnişinlər digər istiqamətdə, yəni Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkətlərinə davam edə bilər”.

Natavan Bayramova onu da deyir ki, sərnişin sıxlığını aradan qaldırmaq üçün yeni qatarlar xəttə buraxılacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən elektrik qatarları avqustun 31-dək həftə sonları hərəkətdə olmayacaq.скачать dle 11.3
Mojo.az Banner