“Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkət məhdudiyyəti ADY ilə bağlı deyil” (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir  |     22:47 ​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR  |     22:40 Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (VİDEO)  |     22:36 Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək  |     22:24 Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?  |     22:19 İnsanlar uşaq sahibi olmağı dayandırsa, bəşəriyyət nə vaxt məhv olacaq? - Alim cavab verdi  |     22:13 Qazaxda evə basqın edən 64 yaşlı kişi saxlanıldı  |     22:06 Belarus vətəndaşlarından ibarət qrup İrandan Azərbaycana təxliyə olunub  |     21:58 İran ABŞ ilə danışıqları İsrailin zərbələri dayanandan sonra davam etdirəcək  |     21:51 KİV: Tramp İsrailin İrana hücum planı ilə dərhal razılaşmayıb  |     21:44 “Air Arabia” və “Lufthansa” İran-İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırırlar  |     21:39 Rusiya XİN: Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib  |     21:32 Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin aviabazasını ziyarət edib  |     21:27 İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib  |     21:20 Naxçıvanda iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb  |     21:12 AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb  |     21:07 Saatlının üç kəndində qaz kəsiləcək  |     21:00 Ərdoğan və Pezeşkian telefonla danışıb, Türkiyənin vasitəçiliyi müzakirə olunub  |     20:55 Saatlıda pambıqçılıq üzrə beynəlxalq forum keçiriləcək  |     20:48 Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb  |    

“Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkət məhdudiyyəti ADY ilə bağlı deyil” (AÇIQLAMA)

Bildiyimiz kimi, Bakı ilə Sumqayıt arasında istifadə edilən alternativ nəqliyyat vasitəsi kimi elektrik qatarları mühüm əhəmiyyət kəsb edir. Pandemiya şəraitində bir sıra nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulsa da, Abşeron Dairəvi Dəmiryolu xətti ilə hərəkət edən elektrik qatarları Sumqayıt, Xırdalan şəhərləri, eləcə də Bakı kəndlərindən paytaxta gələn sərnişinlərin hərəkətini asanlaşdırıb. Bakı -Xırdalan-Sumqayıt elektrik qatarlarının hərəkətinin dayandırılması bu baxımdan insanlarda istər-istəməz müəyyən narazılıqlara səbəb olub.

Dəmiryolu körpüsünü ADY deyil, Avtomobil Yolları Dövlət Agentliyi sökür.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev "MediaPost”a açıqlamasında qeyd edib ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində genişləndirmə işləri həyata keçirilir: "Bakı-Sumqayıt yolu ən problemli yollardan biridir. Yoldakı zolaqların sayının az olması, tıxaca, yolda ensiz boğazların (butulka effekti) yaranmasına səbəb olurdu. Bu da yolda genişləndirmələrin aparılmasını zəruri edirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərini həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən Agentlik köhnə körpünü söküb və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edəcək. Yəni, dəmiryolunda hərəkətin məhdudlaşdırılması ADY ilə bağlı deyil, AAYDA-nın yolun genişləndirilməsi işləri ilə əlaqəlidir”.

Y. Mustafayev deyib ki, bu körpülər adətən istismar müddəti bitdiyi üçün sökülüb yenisi ilə əvəzlənir. Adıçəkilən körpü isə köhnə deyildi və sökülməsi sırf yolun genişləndirilməsi zərurətindən yaranıb.

"Vətəndaşlar dözüm göstərməli, aidiyyatı qurum da işi vaxtında bitirməlidir”

Ekspert bildirib ki, körpünün sökülməsi müəyyən müddət dəmiryolunun hərəkətini iflic edəcək, eyni zamanda avtomobillərin hərəkətini məhdudlaşdıracaq. Vətəndaşların buna səbr, dözüm göstərməsi çox önəmlidir. Aidiyyatı qurumun isə qısa müddətdə tikinti işlərini sürətləndirməsi və başa çatdırması lazımdır.

Sumqayıta bu qatarla getmək olacaq

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən "Mediapost”a bildirilib ki, Bakı-Xırdalan-Sumqayıt qatarları avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Bu müddətdə Bakı-Sumqayıt istiqamətində digər elektrik qatarından istifadə etmək mümkündür: "Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə bilərlər”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 188 10.08.20 18:56