Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yeni dəmir yolu dayanacaqları YARADILIR

28.01.2026 11:52 684
Bakıda yeni dəmir yolu dayanacaqları YARADILIR
"Bakı və Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında insanların gediş-gəlişini təmin edən mühüm yollardan biri də Abşeron dairəvi dəmir yolu marşrutudur. Bu marşrut iki xətdən ibarətdir: Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt. Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görülüb".

Median.Az
"Trend"ə istinadla xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bu gün "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası və bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur:

"2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işlərinin bəziləri tamamlanıb.

Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Bakı-Xırdalan-Sumqayıt xəttinin təkmilləşdirilməsi, qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi istiqamətdə də müvafiq işlərə başlanılıb. Hazırda bu xətt üzrə sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Dərnəgül dayanacağının inşası sürətlə davam etdirilir. Artıq tikinti işlərinin təqribən 60 faizi yekunlaşıb. Həmçinin Baş Keşlə stansiyasına dayanacaq verilməsi və Binəqədi dayanacağının yaradılması nəzərdə tutulur".

O bildirib ki, Bakı-Pirşağı-Sumqayıt xəttinin təkmilləşdirilməsi, bu istiqamətdə dəmir yolu xəttinin qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Bu xətt üzrə Kürdəxanı, Fatmayı və Saray qəsəbələrində də dəmiryol dayanacaqlarının yaradılması planlaşdırılır:

"Görülən işlər çərçivəsində Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək-Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı-Xırdalan-Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığının artırılması nəzərdə tutulub".

A.Rzayev əlavə edib ki, həmçinin 2030-cu ilədək 20 yeni sərnişin qatarının alınması planlaşdırılır. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir.

Son xəbərlər