Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?

27.08.2026 13:32 309
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda valideynlərin qarşısında duran əsas məsələlərdən biri də məktəbli geyimlərinin alınmasıdır.

Satış məntəqələrində müxtəlif qiymətlərə məktəbli geyimləri təklif olunur, hətta bəzi yerlərdə 3 manata belə məhsullara rast gəlinir.

Bəs bu cür ucuz geyimləri alarkən nələrə diqqət edilməlidir? Keyfiyyətsiz parçadan hazırlanan məktəbli formalarının uşaqların sağlamlığına hansı təsirləri ola bilər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, məktəbli geyimləri Nazirlər Kabinetinin təsdiq etdiyi forma üzrə müəyyənləşir:

"Məktəbli geyimləri məsələsi illər öncə Nazirlər Kabinetinin təsdiq etdiyi forma üzrə müəyyənləşir. Çox təəssüf olsun ki, ayrı-ayrı məktəblərə, yəni məktəb rəhbərliyinə məktəbli geyiminin alınması barədə ayrıca səlahiyyət verilib.
Ona görə hesab edirəm ki, məktəb direktorları, məktəb rəhbərliyi ayrıca biznes qurumları ilə əlaqəyə girməsinə gətirib çıxara bilər. 6 il öncə mən Təhsil Nazirliyinin səlahiyyətli insanları ilə, eləcə də biznes qurumları rəhbərləri ilə görüşmüşəm. Bu fikirləri demişəm və məktəbli geyimləri məsələsində böyük xaos mövcuddur. İllər öncə bu məsələ başlayanda sanki Təhsil Nazirliyi bir biznes qurumun şirkəti kimi görünürdü: hamı eyni məktəbli geyimində olsun, hamı filan məktəbli geyimlərini almalıdır. Lakin sonra nisbətən bazar liberallaşdı”.

O qeyd edib ki, çoxsaylı ölkələrdən Azərbaycana məktəbli geyimləri gətirilir:

"İndi çoxsaylı ölkələrdən Azərbaycana məktəbli geyimləri gətirilir. Ən ucuz, keyfiyyətsiz parçalardan hazırlanan paltarlar belə satışa çıxarılır. Yerli məktəbli geyimləri tikən biznes qurumlarından biri görüşlərdə çox əhəmiyyətli bir təklif verdi. O, dedi ki, Azərbaycanın iqlimi müxtəlifdir. Biz elə məktəbli geyimləri hazırlamalıyıq ki, zonalara uyğun olsun. Çünki elə yer var ki, orada məktəbli geyimləri tez tərləmə verə bilər. Elə yer var ki, orada standart forma soyuq mühitə uyğun olmaz. Ona görə də diferensial yanaşma lazımdır”.

E.Hüseynov bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun məktəbli geyimləri bazarda çoxluq təşkil etmir:

"Hazırda Türkiyədən, İrandan və digər yerlərdən çox sayda məktəbli geyimləri gətirilir və Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun deyillər. Yəni, nə xammalın, nə parçanın tərkibi məsələsi lazımınca təmin edilir. Yerli bu işlə məşğul olan istehsalçıların bazarın təmizlənməsi üçün heç bir iş görmədiklərini görürük. Sanki istehsalçıların seçim hüququ qalxıb, qiymətlər isə aşağı düşüb. Lakin Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun məktəbli geyimləri bazarda çoxluq təşkil etmir”.

"Ona görə istehlakçılar məktəbli geyimləri alan zaman üzərlərindəki etiketlərə fikir versinlər. Malın etiketi, istehsalçı ölkəyə diqqət etmək lazımdır. Lazım olsa, bir lifini çəkib yandırsınlar, görsünlər pambıqdır, yoxsa süni materialdan hazırlanıb.
Bu işə nəzarət edən dövlət orqanları, gömrük orqanları ölkəyə keyfiyyətsiz məktəbli geyimlərinin idxal olunmasının qarşısını almalıdırlar”,-deyə birliyin sədri vurğulayıb.

Son xəbərlər