Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)

07.05.2026 15:47 438
Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)
Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır.

Median.Az
modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov qeyd edib ki, hazırkı mərhələdə məktəbli formalarının dizaynı və modellərində dəyişiklik nəzərdə tutulmur:

"Məktəb formalarının dizaynı və modeli Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Bu formalarda hər hansı dəyişiklik etmək fabriklərin səlahiyyətinə aid deyil. Hazırda qüvvədə olan qərara əsasən məktəbli formaları 4 rəngdə müəyyənləşdirilib və modellər bütün dövlət məktəbləri üçün eynidir. Heç bir istehsalçı bu formalarda dəyişiklik edə bilməz. Yalnız özəl məktəblər öz daxili qaydalarına uyğun fərqli formalar hazırlaya bilərlər. Dövlət məktəblərində isə təsdiqlənmiş standart formaların istifadəsi nəzərdə tutulur".

E.Əzimov əlavə edib ki, məktəbli formalarının qiymətləri dövlət tərəfindən tənzimlənmir:

"Qiymət məsələsi dövlət qurumları tərəfindən müəyyən edilmir. Bazarda müxtəlif istehsalçılar fəaliyyət göstərir və hər bir müəssisə məhsulun maya dəyərinə, istifadə olunan materiala və sərfiyyata uyğun qiymət müəyyənləşdirir. Bəzi məhsullar süni parçadan hazırlandığı üçün daha ucuz qiymətə təklif olunur. Lakin həmin məhsullar Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən material tələblərinə tam uyğun olmaya bilər".

O, valideynlərə məktəbli forması seçərkən məhsulun tərkibinə diqqət yetirməyi tövsiyə edib:

"Valideynlər seçim zamanı məhsulun keyfiyyət göstəricilərinə diqqət etməlidirlər. Köynəklər 100 faiz pambıq materialdan hazırlanmalıdır. Şalvar və ətəklərdə 60 faiz yun, 40 faiz polyester, jaketlərdə isə 60 faiz yun və 40 faiz polyester tərkibi olmalıdır. Fabriklər və rəsmi dövlət qurumları bu tələblərə əməl edirlər. Bəzi istehsalçılar isə məhsulları xaricdən, əsasən Çindən gətirərək daha ucuz qiymətə təklif edirlər. Buna görə də bazarda qiymətlər fərqlidir".скачать dle 11.3
Mojo.az Banner