Mojo.az Banner
20:22 Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var - "Stop" qoyuldu  |     20:22 Ceki Çan Azərbaycandan danışıb kövrəldi (VİDEO)  |     20:14 Bu rayonun bir hissəsində su olmayacaq  |     20:09 Bağçalara qəbul olunan uşaqların sayı açıqlandı  |     20:01 Gələn həftə deputatların tətili başa çatır  |     19:54 M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır  |     19:49 İntihar etdiyi deyilirdi - Arvadı öldürübmüş  |     19:42 Sabah 40 dərəcəyədək isti olacaq  |     19:37 Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən  |     19:30 Sabah bütün sosial ödənişlər yekunlaşacaq  |     19:24 Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO  |     19:15 Gürcüstanda sərhədi keçmək istəyən TIR-lar üçün yeni qayda  |     19:10 Bu məhsulları dondurucuda saxlamayın  |     19:03 Cəlilabadda ziyarətgahı qazdılar, sümüklər çıxdı - Polis araşdırmaya başladı  |     18:50 Birinci sinfə qəbul: Müraciətlərin sayı bəlli oldu  |     18:36 Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı  |     18:31 Ağstafada "TikTok" üçün video çəkərkən elektrik vuran yeniyetmə ÖLDÜ  |     18:29 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:27 Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edildi  |     18:21 Ağdamda açıq sahədə YANĞIN BAŞLAYIB  |    
Left Banner
Right Banner

Bu məhsullarda kif və acı dad varsa, istifadə etməyin! – VACİB XƏBƏRDARLIQ

24.08.2026 11:40 669
Bu məhsullarda kif və acı dad varsa, istifadə etməyin! – VACİB XƏBƏRDARLIQ
Yay aylarında isti hava xüsusilə süd məhsullarının saxlanmasına diqqəti artırmağı tələb edir. Bazarlarda “təbii”, “kənd məhsulu” adı ilə satılan şor, süzmə, qaymaq kimi ağartı məhsullarının soyuducuda saxlanmasına baxmayaraq daha tez xarab olması istehlakçılar arasında suallar yaradır. Eyni zamanda, marketlərdən alınan qablaşdırılmış süd məhsullarının daha uzun müddət xarab olmaması diqqət çəkir.

Bəs şor, süzmə və qaymaq kimi məhsullar yay aylarında hansı şəraitdə saxlanılmalıdır? Soyuducuda düzgün temperatur necə olmalıdır və məhsulların daha tez xarab olmasının qarşısını almaq mümkündürmü? “Kənd məhsulu” ilə market məhsulları arasındakı saxlanma müddətinin fərqi nədən qaynaqlanır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida üzrə mütəxəssis Ağa Salamov suallarımızı cavablayıb.

Ağa Salamov bildirib ki, bazarlarda "kənd məhsulu" və təbii məhsul adı ilə satılan ağartı məhsullarının daha tez xarab olmasının əsas səbəblərindən biri onların pasterizasiya olunmayan süddən hazırlanmasıdır.
Onun sözlərinə görə, pasterizasiya zamanı süddəki mikroorqanizmlər məhv edilir və nəticədə süddən hazırlanan məhsulların saxlanma müddəti uzanır. Pasterizasiya olunmayan süddən hazırlanan məhsullarda isə mikroorqanizmlər daha sürətlə çoxalır və bu da məhsulun tez xarab olmasına səbəb olur.

Mütəxəssis qeyd edib ki, məhsulların xarab olmasında soyuq zəncirin pozulması da mühüm rol oynayır. Pasterizasiya edilmiş məhsullar belə istehsalçıdan istehlakçıya qədər düzgün temperaturda daşınmadıqda, bakteriyalar aktivləşir. Xüsusilə isti havalarda bunun üçün əlverişli şərait yaranır və məhsul daha sürətlə xarab olur.

Ekspert əlavə edib ki, sənaye üsulu ilə hazırlanan məhsullar pasterizasiya olunduğu üçün onların saxlanma müddəti daha uzundur. Lakin hər iki halda soyuq zəncirin qorunması vacibdir. Məhsulun daşınması və saxlanması zamanı temperatur rejiminə əməl edilmədikdə bakteriyaların aktivləşməsi nəticəsində məhsul xarab ola bilər.
Temperatur rejiminə də toxunan Ağa Salamov deyib:

"Riskli məhsullar müsbət 2-6 dərəcə temperaturda saxlanmalıdır. Donmuş məhsullar isə mənfi 18 dərəcədə, düzgün və hava keçirməyən qablaşdırmada saxlanılmalıdır. Qablaşdırmanın düzgün aparılmaması və məhsulun hava ilə təmasda olması da xarab olma prosesini sürətləndiri".

"Kənd məhsullarını, təbii ki, 1-2 gün ərzində istifadə etmək daha məqsədəuyğundur. Onları 2-4 və ya 2-6 dərəcə temperaturda saxlamaq olar. Sənaye üsulu ilə hazırlanmış market məhsullarının isə pasterizasiya olunduğuna görə saxlanma müddəti daha uzundur".

Mütəxəssis sonda istehlakçıları məhsul alarkən onun xarici görünüşünə və dadına diqqət etməyə çağırıb. O bildirib ki, məhsulun üzərində kif əmələ gəlibsə, dadında acılıq və ya kif tamı hiss olunursa, belə məhsullardan istifadə edilməməlidir. Pendir məhsullarında xoşagəlməz, "lax yumurta"ya bənzər dad və ya qoxu hiss edildikdə də məhsuldan uzaq durmaq lazımdır.

Ağa Salamov belə məhsullarla qarşılaşan istehlakçılara onları satış məntəqəsinə qaytarmağı və ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qaynar xəttinə müraciət etməyi tövsiyə edib.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner