Mojo.az — elanlar
Son Xəbərlər
11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO

21.08.2026 21:27 330
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunması xüsusi əhəmiyyət daşıyır.

Bazarlarda satılan qida məhsulları müvafiq sənədlərlə müşayiət olunmalı, gigiyenik şəraitdə saxlanmalı və istehlakçılara təhlükəsiz halda təqdim edilməlidir. Xüsusilə ət, süd, yumurta kimi heyvan mənşəli məhsullar baytarlıq-sanitariya sənədləri ilə müşayiət olunmalı, məhsulların üzərində etiketləmə aparılmalı və istehsalçı haqqında məlumat göstərilməlidir.

Qida məhsullarının saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Tez xarab olan məhsullar, o cümlədən ət və süd məhsulları uyğun temperatur rejimində, soyuducu avadanlıqlarda saxlanmalıdır. Çiy və hazır məhsulların ayrı saxlanılması təmin edilməli, məhsulların çirklənmədən qarşısı alınmalıdır. Satış yerlərində təmizlik və gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Satıcılar təmiz iş geyimindən istifadə etməli, satış sahələri mütəmadi təmizlənərək dezinfeksiya edilməli, tullantılar isə qapalı konteynerlərdə toplanmalıdır.

Qida məhsullarının satışı ilə məşğul olan şəxslər tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayışa malik olmalıdır. Bazarlarda mövcud vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Bazar rəhbəri alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmalıdır.

Son xəbərlər