Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var |
Mojo.az Avto
Mojo.az Avto

Pilot və stüardessalarla bağlı yeni araşdırma

20.08.2026 22:52 465
Pilot və stüardessalarla bağlı yeni araşdırma
ABŞ-də aparılan genişmiqyaslı araşdırma pilotlar və kabin heyətinin radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu ortaya qoyub.

Median.Az
xəbər verir ki, araşdırmada 12 milyondan çox insanın məlumatları təhlil edilib. Alimlər leykoz, limfoma, çoxsaylı miyeloma, həmçinin dəri, süd vəzi, qalxanabənzər vəz, prostat və mərkəzi sinir sistemi xərçəngləri də daxil olmaqla radiasiya ilə əlaqəli xəstəliklərdən ölüm hallarını araşdırıblar.

500-dən çox peşənin müqayisə edildiyi tədqiqatda radiasiya ilə əlaqəli xərçənglərdən ölüm göstəricisinin ən yüksək kabin heyətində olduğu müəyyənləşib. Pilotlar isə ikinci sırada yer alıb.

Nəticələrə görə, kabin heyətinin bu xərçənglərdən ölmə ehtimalı digər peşə qrupları ilə müqayisədə 50 faiz, pilotlarda isə 36 faiz daha yüksəkdir.

Mütəxəssislər bu vəziyyətin əsas səbəblərindən biri kimi yüksək hündürlükdə uzunmüddətli uçuş zamanı kosmik radiasiyaya məruz qalmanı göstərirlər. Kosmik radiasiya əsasən atmosfer tərəfindən zəiflədilsə də yüksək hündürlükdə uçan insanlar daha çox radiasiya qəbul edir.

Bundan əlavə, tez-tez uçuşlar səbəbindən yuxu və sirkadiyan ritmin pozulması və digər amillərin də xərçəng riskinə təsir göstərə biləcəyi düşünülür.

Harvard Tibb Məktəbindən tədqiqatın ilk müəllifi doktor Vishal Patel bildirib ki, mütləq risk baxımından kabin heyətindəki ölümlərin təxminən 6,9 faizi bu növ xərçənglərlə əlaqəli olub. Bu, təxminən hər 14 nəfərdən birinə uyğun gəlir. Pilotlarda göstərici 6,7 faiz, ümumi işləyən əhali arasında isə 5 faiz təşkil edib.

Alimlər araşdırmanın uçuş heyətində radiasiya və digər peşə faktorlarının sağlamlığa uzunmüddətli təsirlərinin daha ətraflı öyrənilməsinin vacibliyini göstərdiyini bildirirlər.//sfera.az

Son xəbərlər