Mojo.az Banner
18:54 Abşeron polisi silsilə oğurluqlar törədən 32 yaşlı kişini saxlayıb  |     18:46 İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI  |     18:34 Bakıda güclü yanğın başlayıb  |     18:29 Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi  |     18:24 Bakıda oteldə iş yoldaşını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verilib  |     18:21 Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO  |     17:55 Banqladeşin yeni prezidenti bəlli oldu  |     17:46 İnsanlarda qorxu hissi necə yaranır?  |     17:37 Dünyanın ən bahalı futbol klublarının yeni reytinqi açıqlandı  |     17:32 Azərbaycanda müəllim VƏFAT ETDİ  |     17:26 Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək  |     17:24 Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər  |     17:17 "İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı  |     16:52 "Neftçi"nin məğlub olacağını deyən dostunu küçədə döydü  |     16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |     16:44 V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlandı  |     16:42 AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza  |     16:35 Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq  |     16:25 Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək  |     16:15 Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR  |    
Left Banner
Right Banner

"Kubinka" sakinləri "Vialon" MTK-dan narazıdır - VİDEO

20.08.2026 13:13 117
Bakının Nəsimi rayonu, Balababa Məcidov küçəsi, "Kubinka" adlanan ərazidə sakinlərlə "Vialon" MTK rəhbərliyi arasında münaqişə yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır.

Ərazidə bəzi sakinlərin evləri sökülüb, kompensasiya alıblar. Lakin kompensasiyanın məbləği ilə razılaşmayıb evlərini tərk etməyənlər də var.

Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, "Vialon" MMC onlara evlərinin hər kvadratmetri üçün 2500 manat təklif edir, ancaq bu məbləğ mənzilinin kvadratı az olan ailələrə sərf etmir. Şikayətçilər həmçinin söküntü işləri aparılandan sonra ərazidə təmizlik işləri aparılmadığını, səliqə-səhman yaradılmadığını bildirdilər.

Sakinlərin iddiaları ilə bağlı "Vialon" MTK heç bir məlumat verməyib.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirildi ki, indiyədək həmin ərazidə bir neçə dəfə təmizlik işləri həyata keçirilib. Sakinlərin şikayəti ilə əlaqədar əraziyə yenidən baxış keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner