Uşaqlar niyə kosmetika bazarının hədəfinə çevrilib? — Tənqidi ARAŞDIRMA
Bir vaxtlar uşaqlar üçün məhsul deyəndə ağla oyuncaq, kitab, rəngli qələm, konstruktordan hazırlanmış oyun dəsti gəlirdi. İndi isə rəflərdə başqa bir mənzərə ilə qarşılaşırıq: uşaqların sevimli cizgi personajlarının üzərində olduğu üz maskaları, rəngli dodaq boyaları, kosmetik dəstlər, ətirli kremlər və müxtəlif "gözəllik" məhsulları.
Median.Az "Uşaqlar kosmetika sənayesinin yeni hədəfidir" tənqidi yazını təqdim edir:
İlk baxışdan bunlar sadəcə rəngli, şirin və zərərsiz görünən məhsullardır. Amma bir sual ortaya çıxır: uşağın üzünə maska çəkməsinə, dodağına kosmetika vurmasına, "gözəl görünmək" üçün məhsul istifadə etməsinə həqiqətən ehtiyac varmı?
Məsələ konkret bir məhsulu "zərərli" elan etmək deyil. Məsələ daha dərindir: uşaqlar nə üçün böyüklər üçün formalaşmış gözəllik və kosmetika bazarının ayrıca hədəf auditoriyasına çevrilir?
Hello Kitty burada sadəcə şəkildirmi?
Şəkildə gördüyünüz bu məhsulu 8 yaşlı qızıma 6 yaşlı rəfiqəsi hədiyyə edib. Təbii ki, mən istifadəsinə icazə vermədim və məhsulun tərkibini oxudum. Əlimizdə olan məhsulun üzərində uşaqlar arasında olduqca məşhur olan Hello Kitty obrazı var. Bu, məhsulun avtomatik olaraq uşaqlar üçün təhlükəsiz olduğunu göstərmir. Əksinə, belə tanınan obraz məhsulun uşağın diqqətini cəlb etməsi üçün çox güclü marketinq vasitəsinə çevrilir.
Uşaq mağazada böyüklər üçün nəzərdə tutulan kosmetik məhsulun yanından keçə bilər. Amma eyni məhsul onun sevdiyi personajın şəkli ilə rəngli qablaşdırmada təqdim ediləndə artıq başqa emosional məna qazanır: "Bu mənim üçündür" - düşünür.
Avropa qurumları da uşaqlar üçün kosmetik məhsulların qablaşdırılmasının rəng, forma, ətir və görünüş baxımından cəlbedici olmasının ayrıca risk yarada biləcəyinə diqqət çəkir.
Burada iqtisadi tərəfi də görmək lazımdır.
Kosmetika şirkəti üçün uşaq yalnız bugünkü alıcı deyil. O, gələcəyin uzunmüddətli istehlakçısı ola bilər.
Əvvəlcə uşağa rəngli dodaq boyası satılır. Sonra üz maskası. Ardınca krem, serum, ətir, saç məhsulu və başqa kosmetik vasitələr...
Beləliklə, istehlak vərdişi uşaqlıqdan formalaşdırılır.
Digər mühüm məsələ məhsulun tərkibidir.
Fotodakı məhsulun üzərində su, qliserin, hialuron turşusu, pantenol, allantoin, aloe/kaktus tipli bitki ekstraktı kimi kosmetikada geniş istifadə olunan komponentlərlə yanaşı “essence” – ətirləndirici kompozisiya da qeyd olunub.
Araşdırmalar göstərir ki, uşaqların dərisində ətirli kosmetik məhsullar allergik və qıcıqlandırıcı reaksiyalara səbəb ola bilər.
2023-cü ildə uşaqlar üçün satılan 1179 kosmetik məhsulun araşdırıldığı elmi işdə məhsulların 53,8 faizinin ətirli olduğu, 25,3 faizində isə kontakt allergiyası ilə əlaqələndirilən müəyyən ətir allergenlərinin olduğu müəyyən edilib. Tədqiqat müəllifləri uşaqların ətirli kosmetik məhsullardan geniş şəkildə allergenlərə məruz qala bildiyini vurğulayıblar.
Uşağın ehtiyacı olmayan kosmetik məhsulu onun üçün cazibədar hala gətirməyə nə ehtiyac var?
Uşaq niyə “gözəl olmalıyam” mesajını bu qədər erkən almalıdır?
Ən ciddi məsələ isə sağlamlıqdan çox psixoloji və sosial tərəfdədir. Çünki uşaq dünyaya "mən gözəl görünməliyəm" düşüncəsi ilə gəlmir.
O, gözəllik standartlarını, kosmetikanı, makiyajı və "özünü düzəltmək" ehtiyacını böyüklərdən, sosial mediadan, reklamdan və ətraf mühitdən öyrənir.
Bir uşağa təkrar-təkrar "bu sənin üçün üz maskasıdır" , "bu sənin üçün dodaq boyasıdır" "bu sənin üçün gözəllik məhsuludur" mesajı veriləndə kosmetika artıq sadəcə əyləncə məhsulu olmur. Uşağın öz görünüşünə münasibətinin formalaşmasında iştirak edən vasitəyə çevrilir.
Sonra isə uşağın öz üzündə, dərisində və görünüşündə "qüsur" axtarması...
Bu, artıq istehlak məsələsindən çıxaraq özünə münasibət məsələsinə çevrilir.
Amerika Pediatriya Akademiyası da uşaqlar və yeniyetmələr arasında sosial mediadan təsirlənən mürəkkəb dəriyə qulluq rutinlərinin genişləndiyini və gənc dərinin belə çoxsaylı böyüklər üçün nəzərdə tutulmuş məhsullara ehtiyac duymadığını bildirir.
Əgər uşaq üçün hazırlanmış rəngli dodaq boyası satılırsa, istehsalçı əslində uşağın hansı ehtiyacını qarşılayır? Uşağın dodağının rəngə ehtiyacı yoxdur. Burada satılan əsas şey funksiyadan çox emosiyadır.Əlbəttə, uşaqlar böyükləri təqlid etməyi sevir. Makiyajla oynamaq da bəzi ailələrdə sadəcə oyun kimi qəbul edilə bilər. Problem oyunun olması deyil.
Problem ondadır ki, oyunla istehlak arasındakı sərhəd getdikcə silinir.
Şirkətlər daha çox satmaq istəyirlər deyə uşaqların diqqətindən, sevdiyi personajlardan və böyüklərə bənzəmək istəyindən istifadə etmək nə qədər etikdir?
İstehlak bazarında uşaq çox həssas auditoriyadır. O, reklamın kommersiya məqsədini böyüklər qədər dərk etmir. Sevdiyi obrazla məhsul arasındakı emosional əlaqəni daha asan qəbul edə bilər.
Ona görə də uşaqlara məhsul satmaq böyüklərə məhsul satmaqla eyni məsuliyyət standartı ilə yanaşılmamalıdır. Çünki burada alıcının təkcə pulu deyil, formalaşmaqda olan dünyagörüşü də var.
Bütün bunları bir üz maskasının üzərinə yükləmək də doğru olmaz. Problem Hello Kitty deyil. Problem kosmetika da deyil. Problem uşağın arabir kosmetik məhsulla oynaması da deyil.
Əsas problem uşaqlığın getdikcə daha çox kommersiyalaşdırılmasıdır.
Əgər böyüklər üçün nəzərdə tutulan gözəllik sənayesi artıq uşaqların da dünyasına girirsə, cəmiyyət olaraq ən azı bir sual verməliyik:
Saf uşaqlıq dövrünü qorumalıyıq, yoxsa onlara indidən böyüməyi aşılamalıyıq?
Uşaqların sevdiyi cizgi qəhrəmanları onların üzərinə krem, maska və makiyaj çəkmək üçün deyil, uşaqlıq xatirələri yaratmaq üçün də istifadə oluna bilər. Uşaqların gözəlliyə ehtiyacı yoxdur, onlar onsuz da gözəldirlər. Lütfən, uşaqları uşaq kimi böyüdün!
Dəniz Pənahova
Median.Az
Median.Az "Uşaqlar kosmetika sənayesinin yeni hədəfidir" tənqidi yazını təqdim edir:
İlk baxışdan bunlar sadəcə rəngli, şirin və zərərsiz görünən məhsullardır. Amma bir sual ortaya çıxır: uşağın üzünə maska çəkməsinə, dodağına kosmetika vurmasına, "gözəl görünmək" üçün məhsul istifadə etməsinə həqiqətən ehtiyac varmı?
Məsələ konkret bir məhsulu "zərərli" elan etmək deyil. Məsələ daha dərindir: uşaqlar nə üçün böyüklər üçün formalaşmış gözəllik və kosmetika bazarının ayrıca hədəf auditoriyasına çevrilir?
Hello Kitty burada sadəcə şəkildirmi?
Şəkildə gördüyünüz bu məhsulu 8 yaşlı qızıma 6 yaşlı rəfiqəsi hədiyyə edib. Təbii ki, mən istifadəsinə icazə vermədim və məhsulun tərkibini oxudum. Əlimizdə olan məhsulun üzərində uşaqlar arasında olduqca məşhur olan Hello Kitty obrazı var. Bu, məhsulun avtomatik olaraq uşaqlar üçün təhlükəsiz olduğunu göstərmir. Əksinə, belə tanınan obraz məhsulun uşağın diqqətini cəlb etməsi üçün çox güclü marketinq vasitəsinə çevrilir.Uşaq mağazada böyüklər üçün nəzərdə tutulan kosmetik məhsulun yanından keçə bilər. Amma eyni məhsul onun sevdiyi personajın şəkli ilə rəngli qablaşdırmada təqdim ediləndə artıq başqa emosional məna qazanır: "Bu mənim üçündür" - düşünür.
Avropa qurumları da uşaqlar üçün kosmetik məhsulların qablaşdırılmasının rəng, forma, ətir və görünüş baxımından cəlbedici olmasının ayrıca risk yarada biləcəyinə diqqət çəkir.
Burada iqtisadi tərəfi də görmək lazımdır.
Kosmetika şirkəti üçün uşaq yalnız bugünkü alıcı deyil. O, gələcəyin uzunmüddətli istehlakçısı ola bilər.Əvvəlcə uşağa rəngli dodaq boyası satılır. Sonra üz maskası. Ardınca krem, serum, ətir, saç məhsulu və başqa kosmetik vasitələr...