Mojo.az — elanlar
Son Xəbərlər
16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür

19.08.2026 18:42 327
Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları "Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, 19 avqust saat 17:35-ə olan məlumata əsasən, 84 487 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Bununla yanaşı, 1 500-dən artıq abituriyent ixtisas seçimi edib öz ərizələrini yadda saxlasalar da, onu təsdiq etməyiblər. Həmin abituriyentlərin "Şəxsi kabinet"lərində qeyd olunan mobil telefon nömrələrinə bu haqda "SMS" xəbərdarlıq göndərilib.

Qeyd edək ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Ərizəsini təsdiq etməyən abituriyentlərə tövsiyə edirik ki, qeyd olunan vaxtadək ərizələrini təsdiq etsinlər. Sabah bununla bağlı daxil olan müraciətlərə baxılmayacaq.

Bundan əlavə qeyd edirik ki, hər bir abituriyent yenidən öz elektron ixtisas seçimi ərizəsinə daxil olub ərizənin təsdiq olunub-olunmadığını yoxlaya bilər.

Son xəbərlər