Mojo.az — elanlar
Son Xəbərlər
13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |    
Mojo.az Avto
Mojo.az Avto

“Simurq” kitabxanasının taleyi necə olacaq? – Rəşad Məcid Median.Az-a danışdı

13.08.2026 12:18 783
“Simurq” kitabxanasının taleyi necə olacaq? – Rəşad Məcid Median.Az-a danışdı
Laçında fəaliyyət göstərən “Simurq” kitabxanasının bağlanması şəhərin mədəni həyatının gələcəyi ilə bağlı suallar yaradıb. Qısa müddətdə könüllü ianələr hesabına 4 minə yaxın kitabdan ibarət fond formalaşdıran kitabxananın əvvəlcə fəaliyyətinin dayandırılması, indi isə tamamilə bağlanması ictimai maraq doğurub.

İşğaldan azad edilmiş Laçında yeni yaradılmış kitabxananın bağlanmasını necə qiymətləndirirsiniz?

Sizcə, bərpa olunan şəhərlərdə kitabxana və mədəniyyət ocaqları hansı rolu daşıyır?

Minlərlə kitabdan ibarət fondun taleyi necə həll edilməlidir?

Laçında müasir kitabxana ənənəsinin formalaşdırılması üçün hansı addımlar atılmalıdır?


Median.Az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı Rəşad Məcid bildirib ki, kitabxanaya həm Yazıçılar Birliyi, həm də ayrı-ayrı yazarlar tərəfindən çoxsaylı avtoqraflı kitablar hədiyyə edilib.
Rəşad Məcid qeyd edib ki, özü də şəxsən kitabxanaya xeyli sayda kitab göndərib və bir neçə dəfə burada olub:

"Özüm də şəxsən" Simurq" kitabxanasına çox sayda kitablar göndərmişəm. Bir neçə dəfə həmin kitabxanada olmuşam. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli ilə birlikdə də orada olmuşuq, kitabxananın kiçik otağında yaradılan şəraiti görmüşük".

Rəşad Məcid əlavə edib ki, kitabxananın yerləşdiyi məkanın kiçik olması ilə bağlı fikirlərini dəfələrlə səsləndirib:

"Mən müxtəlif söhbətlərdə həmişə demişəm ki, bu otaqlar kitabxana üçün balacadır. Yəqin ki, Laçında tikintilər davam etdikcə, kitabxana üçün hansısa şəkildə daha geniş şərait yaradılacaq".

Rəşad Məcid “Simurq” kitabxanasının hansı səbəbdən və hansı struktur tərəfindən bağlanması ilə bağlı dəqiq məlumatının olmadığını deyib. Onun sözlərinə görə, aidiyyəti qurumlar kitabxananın fəaliyyətinin davam etdirilməsi üçün yeni məkan müəyyənləşdirə bilərlər.

Yazıçı hazırda Laçında olduğunu və şəhərdə aparılan quruculuq işləri ilə tanış olduğunu da qeyd edib. Rəşad Məcid vurğulayıb ki, şəhərin sürətli inkişafı fonunda mədəniyyət müəssisələrinin, o cümlədən kitabxananın fəaliyyət göstərməsi vacibdir.

"Laçında artıq güclü inkişaf prosesi gedir. Burada fəaliyyət göstərən mədəniyyət müəssisələri içərisində mütləq kitabxananın da olması vacibdir. Mən inanıram ki," Simurq" kitabxanası üçün şərait yaradılacaq, həm ştat vahidi ayrılacaq, həm də daha geniş məkan veriləcək. Mənim də oxuduğum 2 nömrəli məktəbə hələlik kitabları yerləşdirmək olar".

Rəşad Məcid qeyd edib ki, “Simurq” kitabxanasında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri tərəfindən hədiyyə edilmiş çoxsaylı avtoqraflı kitablar toplanıb.

"Bizim "Simurq" kitabxanasına başda Xalq yazıçısı Anar Rzayev olmaqla, Azərbaycanın bir çox dəyərli yazıçıları avtoqraflı kitablar göndəriblər. Bu, həm də bizim ədəbi-mədəni xəzinəmizdir. Belə bir xəzinəyə mütləq sahib çıxmalıyıq".

O, sonda sosial şəbəkələrdə kitabxananın fəaliyyəti ilə bağlı narahatlığın aidiyyəti qurumların diqqətindən yayınmayacağına və məsələnin obyektiv şəkildə həllini tapacağına inandığını deyib.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər