Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Türkiyə arasında elmi, mədəni və informasiya sahələrində əməkdaşlıq müzakirə olunub

04.10.2025 18:52 555
Azərbaycan və Türkiyə arasında elmi, mədəni və informasiya sahələrində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Türkiyə arasında elmi, mədəni və informasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu ilə Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşü zamanı söhbət aparılıb.

Hüseyn Hüseynov MEK-lə yaxından tanış olan qonağa kitabxananın tarixi inkişafı, zəngin fondları, oxucular üçün yaradılan müasir şərait və son illərdə həyata keçirilən innovativ layihələr barədə məlumat verib. O, kitabxana xidmətlərinin rəqəmsallaşdırılması, elektron bazaların genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Ayhan Tuğlu isə rəhbərlik etdiyi kitabxananın fəaliyyəti, Türkiyədə kitabxana-informasiya işinin təşkili və tətbiq olunan yeni texnologiyalar barədə danışıb. O, Azərbaycan və Türkiyə kitabxanaları arasında birgə layihələrin, sərgilərin və elmi konfransların keçirilməsinin hər iki ölkənin mədəni əməkdaşlığına töhfə verəcəyini vurğulayıb.

Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner