Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalanıb

17.10.2025 14:54 786
Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalanıb
Özbəkistanın Səmərqənd vilayətində təşkil olunan "Birlik-2025" birgə regional təlimi çərçivəsində dəyirmi masa və "Əməkdaşlıq memorandumu"nun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənovun və Özbəkistan Milli Təhlükəsizlik və Müdafiə Universiteti rəisinin müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rəisi polkovnik Akmoljon Qodirovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Keçirilən dəyirmi masa zamanı ölkələr arasında hərbi təhsil və elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək perspektivlər müzakirə olunub. Regionda sülhün və təhlükəsizliyin təmin olunmasında elmi biliklərin və müasir hərbi təhsilin rolu, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan nümayəndə heyəti Milli Müdafiə Universitetində tətbiq olunan təhsil sistemi və aparılan islahatlar barədə ətraflı məlumat verib, həmçinin brifinq təqdim olunub.

Təlim çərçivəsində Azərbaycan Milli Müdafiə Universiteti və Özbəkistan Hərbi Təhlükəsizlik və Müdafiə Universiteti arasında "Əməkdaşlıq memorandumu" imzalanıb.

Son xəbərlər