Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq

01.03.2021 18:11 930
Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycan Respublikası Mədənəyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasinda mədəni irsin qorunması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyində təşkil olunan və Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy ilə Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimovun iştirak etdiyi tədbirdə, Azərbaycan və Türkiyə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlığa dair Niyyət Protokolu TİKA prezidenti Serkan Kayalar və Dövlət Xidmətinin rəisi Azad Cəfərli tərəfindən imzalanıb

Protokol ilə iki ölkə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq və qarşılıqlı tərcrübə mübadiləsinə tövhə verilməsi hədəflənir. Bu çərçivədə, mütəxəssis mübadilə proqramları, texniki və peşə təlimləri, staj proqramları vasitəsi ilə bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.

Azərbaycan, 2020-ci ilin payızında yaşanan və 44 gün davam edən Qarabağ Müharibəsi nəticəsində işğaldan azad olan, tarixi və mədəni irs ilə zəngin Qarabağ bölgəsində abidələrin bərpa və təmir işlərində Türkiyə təcrübəsindən yararlanacaq.

Əməkdaşlıq protokolu, TİKA tərəfindən başladılan Böyük Mərdəkan Qalası və Tuba Şah Məscidinin bərpası kimi mədəni irsin qorunması sahəsindəki layihələrin, işğaldan qurtarılan Qarabağ torpaqlarını da əhatə edərək daha geniş bir formada həyata keçirilməsinə şərait yaradacaq.

Tarixi ortaq mədəniyyət dəyərlərinə sahib qardaş ölkələr olan Türkiyə və Azərbaycan arasında hər sahədə olduğu kimi mədəni irsin qorunması sahəsində də mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner