Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Paşinyan ziddiyyətli və çaşdırıcı açıqlamalar verir" - Rusiya XİN

11.08.2026 14:11 315
"Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Avropa İttifaqına daxil olması və ya Avrasiya İqtisadi İttifaqında üzvlüyünün davam etdirilməsi ilə bağlı açıqlamaları çaşqınlıq yaradır".

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə verdiyi müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, Ermənistan Konstitusiyasının 205-ci maddəsinə əsasən, dövlətüstü beynəlxalq təşkilatlara üzvlüklə bağlı belə referendumun təşəbbüskarı məhz Ermənistan hökuməti olmalıdır.

Qaluzin qeyd edib ki, 2025-ci ildə “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsi müzakirə edilərkən Ermənistan tərəfi Konstitusiyanın müvafiq müddəalarına baxmayaraq, qanunun qəbulunun referendum keçirilməsini tələb etmədiyini bildirirdi. Buna səbəb kimi isə sənədin yalnız siyasi deklarasiya xarakteri daşıması göstərilirdi.

“İndi isə eşidirik ki, guya Ermənistanda iyun ayında keçirilən seçkilərin nəticələri artıq özlüyündə ölkə əhalisinin avropayönümlü kursu, Avropa norma və qaydalarının ölkədə daha da tətbiq edilməsini dəstəklədiyini göstərir və buna görə də yenidən referenduma ehtiyac yoxdur”, - deyə nazir müavini bildirib.

Qaluzin əlavə edib ki, Paşinyan seçki kampaniyası zamanı bəzən bir-birinə tamamilə zidd və qarışıq açıqlamalar verib.

“Bəzən o, kifayət qədər açıq şəkildə etiraf edirdi ki, Ermənistanı Aİ-yə hələ heç kim dəvət etməyib və ölkə ümumiyyətlə heç vaxt ittifaqa üzv olmaya bilər. Çox şey deyilib, lakin bu, məsələyə heç bir aydınlıq gətirməyib”, - deyə o vurğulayıb.

Qaluzinin sözlərinə görə, məhz buna görə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistan sakinlərinin bu məsələ ilə bağlı əslində nə düşündüklərinin öyrənilməsinin vacibliyini bildiriblər.

Son xəbərlər