Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Putin Ermənistanı hədələdi: Ukraynadakı böhran da belə başlamışdı

29.05.2026 22:59 411
Putin Ermənistanı hədələdi: Ukraynadakı böhran da belə başlamışdı
“Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb”.

Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Astanaya səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan Avropa İttifaqı standartlarını qəbul etməyə başlasa, obyektiv olaraq onunla inteqrasiyanı dayandırmaq lazım gələcək.

Putin, Ermənistanın Avropa standartlarına keçidinin Avrasiya inteqrasiyasını obyektiv olaraq qeyri-mümkün edəcəyi barədə xəbərdarlıq edib. O, Ermənistan iqtisadiyyatı üçün nəticələrin son dərəcə ağrılı ola biləcəyini bildirib.

"Enerji qiymətlərinin artması ölkənin ÜDM-nin ən azı 14%-nin itirilməsinə səbəb ola bilər və Rusiyadakı Ermənistan vətəndaşları Aİİ daxilində mövcud güzəştlərini itirəcəklər", - Putin əlavə edib.

Rusiya prezidenti miqrantlar üçün adi tələblərin Avrasiya İqtisadi İttifaqından çıxdıqları təqdirdə Ermənistan vətəndaşlarına da şamil ediləcəyini açıqlayıb. Putin Ermənistandan gələn miqrantların da Rusiya ərazisində işləmək üçün patent almasının lazım olacağını bildirib.

O qeyd edib ki, Rusiya Ermənistanda Aİ-yə qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirməklə bağlı referendumun mümkün qədər tez keçirilməsini istəyir.

"Baş nazir Paşinyan özü Ermənistanın Avrasiya İqtisadi İttifaqına, yoxsa Aİ-yə qoşulması ilə bağlı referendum keçirmək istədiyini bildirib. Biz bu referendumun mümkün qədər tez baş tutmasını istəyirik", - Putin deyib.

Rusiya prezidenti eyni zamanda Ukrayna böhranı ilə müqayisə edərək bildirib ki, ölkənin tədricən Avropa orbitinə geosiyasi çəkilməsi yolu ilə Ermənistan ətrafındakı vəziyyətin oxşar xətt üzrə inkişaf etdiyini bildirib.

Son xəbərlər