Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

“Nizami–28 May” bağlanır: Tələbələrə avtobuslarda güzəşt edilə bilər

11.08.2026 12:05 792
“Nizami–28 May” bağlanır: Tələbələrə avtobuslarda güzəşt edilə bilər
“Nizami–28 May” metro xəttində təmir işləri ilə əlaqədar hərəkətin 10–11 ay müddətinə dayandırılması sərnişinlərin alternativ nəqliyyat vasitələrinə yönəlməsinə səbəb olacaq. Bu vəziyyət xüsusilə gündəlik metrodan istifadə edən tələbələr üçün həm əlavə vaxt itkisi, həm də nəqliyyat xərclərinin artması ilə nəticələnə bilər.
Bəs metroda yaranan fasilə dövründə tələbələrin nəqliyyat yükünü azaltmaq üçün avtobuslarda güzəştli gedişhaqqı tətbiq edilə bilərmi? Dövlət və aidiyyəti qurumlar tələbələr üçün hansı dəstək mexanizmlərini nəzərdən keçirə bilər?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, biz bu məsələ ilə əla olaraq aidiyyəti qurumlarla müzakirə keçirməyi düşünürük.
Ekspertin sözlərinə görə, nazirlik və metropoliten tərəfindən belə bir görüşlə bağlı təşəbbüs də irəli sürülüb. Yəqin ki, Yaxın zamanda bu görüş həyata keçiriləcək.

"Ümid edirəm ki, bizim görüş zamanı səsləndirəcəyimiz təkliflər nəzərə alınar. Biz də istərdik ki, müəyyən kateqoriyalı insanlara güzəşt edilsin. Çünki bu, onların iradəsindən kənar baş verən bir haldır. Ona görə də zərərlərini hansısa bir formada azaltmaq lazımdır", — deyə E. Muradlı əlavə edib.

Nəqliyyat eksperti təklif edib ki, ən azından tələbələr ekspress avtobuslardan güzəştli istifadə edə bilərlər. Çünki tələbələr böyük kontingentdir. Təkcə tələbələr yox, bir çox sosial təbəqə var ki, onları nəzərə almaq olar. Təbii ki, yekunda buna dövlət qərar verir. Bu məsələ ciddi şəkildə təhlil olunmalıdır. Burada 5-10 sərnişindən deyil, gündəlik olaraq minlərlə sərnişindən söhbət gedir.

Ekspert sonda vurğulayıb ki, tələbələri və digər kateqoriyaya mənsub insanları dəyərləndirmək mümkündürsə, bunu nəzərə almaq lazımdır. Ümumi kontingenti pulsuz daşımaq praktiki olaraq mümkün deyil. Çünki gündəlik minlərlə insanı pulsuz daşımağa nə dövlətin, nə də daşıyıcı şirkətin gücü çatmayacaq. Bu məsələnin alternativ yolunu tapmaq lazımdır ki, əhali narazı qalmasın.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər