Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Metro, avtobus, güzəştli paketlər: Azərbaycanda nə dəyişəcək?

25.05.2026 15:59 486
Metro, avtobus, güzəştli paketlər: Azərbaycanda nə dəyişəcək?
Azərbaycanda ictimai nəqliyyatda yaxın gələcəkdə gündəlik, aylıq və illik bilet paketləri istifadəyə veriləcək, həmçinin 90 dəqiqə ərzində bir nəqliyyat vasitəsindən digərinə pulsuz keçid təmin ediləcək.

Yeni sistem bütün avtobuslara tətbiq olunacaqmı?Vahid tarif yalnız Bakını əhatə edəcək, yoxsa regionlarda da tətbiqi planlaşdırılır?

Avtobuslarda vahid qiymət sistemi dedikdə konkret nə nəzərdə tutulur?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, dünya təcrübəsində mövcud olan bir sistemdir.

E. Muradlının sözlərinə görə, insanları ictimai nəqliyyata yönləndirmək, daimi olaraq ictimai nəqliyyat istifadəçisinə çevirmək üçün belə metodlardan istifadə olunur. Günlük, həftəlik, aylıq və illik biletlərin hər birinin qiyməti fərqli hesablanır.

Ekspert əlavə edib ki, dövlətimiz, daşıyıcı şirkətlər buna nə dərəcədə hazır olması hələ ki açıq sual olaraq qalır.

Nəqliyyat eksperti qeyd edib ki, bütün tərəflər bu prosesə hazır olduqdan sonra icra etmək mümkündür. Hazırda bu, müzakirə mövzusudur və müxtəlif səkilərdə müzakirə edilir. Məsələnin hansı formada həll olunacağını indidən proqnozlaşdırmaq çətindir. Ancaq cəmiyyət bunu gözləyir.

"Bilidiyim qədəri ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində bu məsələyə münasibət müsbətdir. Sadəcə həlli mexanizminə baxmaq lazımdır ki, proses hansı formatda və hansı dövrdə həllini tapa bilər.

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, ictimai nəqliyyatda yeni sistem tək avtobuslara deyil, bütün yerüstü nəqliyyata tətbiq olunacaq.

Partiya sədri bildirib ki, buraya metro da daxil olacaq. 90 dəqiqə ərzində həm avtobusa, həm də metroya minə bilərsiniz.

Natiq Cəfərli vurğulayıb ki, biz 10-15 ildir ki, bu barədə danışırdıq və təkliflər səsləndirirdik. Nəhayət ki, bununla bağlı addımlar atılacaq. Və bu, çox yaxşı bir addımdır.

İqtisadçı bir məsələnin də həllinin tapılması barədə danışıb:

"Məktəblilər, tələbələr və təqaüdçülər üçün də xüsusi güzəştli biletlər tətbiq olunmalıdır. Avropada və dünyanın bir çox ölkələrində olduğu kimi həyata keçirilməlidir. Yəni, onlar aztəminatlı sayıldığına görə, məsələn, 5 yaşına qədər uşaqlar ümumiyyətlə pulsuz olmalıdır. Məktəbli, tələbə və təqaüdçülərin isə öz güzəştləri olmalıdır. Bütün bunlar da gələcəkdə nəzərdə tutulan paketə daxil edilməlidir".

Dəniz Pənahova
Median.Azскачать dle 11.3
Mojo.az Banner