Mojo.az Banner
19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |    
Mojo.az Avto
Mojo.az Avto

Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)

08.08.2026 22:32 318
Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)
"Time Out" və "Intrepid Travel" şirkətlərinin birgə keçirdiyi sorğunun nəticələrinə əsasən, Z nəsli (1990-cı illərin sonu və 2010-cu illərin əvvəllərində doğulanlar) yaşamaq üçün dünyanın ən əlverişli şəhərlərini müəyyən edib.

Qayanrinfo-nun məlumatına görə, aşdırmada qeyd olunur ki, bu nəsil üçün şəhər seçərkən əsas meyarlar piyada hərəkəti üçün əlverişlilik, təbiətə çıxış, təhlükəsizlik, mədəni həyat, gecə həyatı və yaşayış xərcləridir.

1. Tokio (Yaponiya)

Reytinqdə ilk yeri Tokio tutub. Şəhər rahat ictimai nəqliyyat sistemi, piyada üçün əlverişli küçələri, zəngin mədəni həyatı və geniş mənzil fondu ilə seçilir. Digər böyük metropollardan fərqli olaraq, Tokio ciddi mənzil böhranı yaşamır.

Şəhərdə bar və gecə klubları ilə yanaşı, karaoke məkanları, 24 saat fəaliyyət göstərən hamam kompleksləri və qapalı idman-əyləncə mərkəzləri də gənclər arasında populyardır.

Sorğuda iştirak edən Z nəsli nümayəndələrinin 100 faizi Tokioda gündəlik həyatdan zövq aldıqlarını bildirib. Respondentlərin 89 faizi şəhərin gecə həyatını yüksək qiymətləndirib, lakin yalnız 33 faizi Tokionu münasib qiymətli şəhər hesab edib.

2. Portu (Portuqaliya)

Portu müxtəlif istirahət imkanları ilə seçilir. Burada dəniz və çay sahilləri, parklar, tarixi mərkəz və çoxsaylı mədəniyyət ocaqları gənclər üçün cəlbedici hesab olunur.

Şəhərin üstünlüklərindən biri də əlçatan qiymətlərdir. Məsələn, "Soareş duş Reyş" Milli Muzeyi müəyyən günlərdə pulsuz fəaliyyət göstərir, "Portuqaliya Fotoqrafiya Mərkəzi" isə hər gün ödənişsiz ziyarət edilə bilər.

Sorğuda iştirak edənlərin 100 faizi Portunun atmosferini müsbət qiymətləndirib, 93 faizi isə şəhərin münasib qiymətli olduğunu bildirib.

3. Melburn (Avstraliya)

Melburn zəngin mədəni həyatı ilə reytinqdə üçüncü yerdə qərarlaşıb. Şəhərdə müstəqil teatrlar, canlı musiqi məkanları və müxtəlif incəsənət tədbirləri geniş yayılıb.

Respondentlər yaşayış xərclərinin yüksək olduğunu qeyd etsələr də, münasib qiymətli məkanları tanıyanlar üçün şəhərdə rahat yaşamağın mümkün olduğunu bildiriblər. Yaşıllıq zonaları, inkişaf etmiş ictimai nəqliyyat və tələbə icmaları da üstünlüklər arasında göstərilib.

Sorğu iştirakçılarının 100 faizi Melburnda restoran və kafe xidmətlərini yüksək qiymətləndirib, 97 faizi isə şəhərin mədəni inkişafından razı qaldığını bildirib.

4. Edinburq (Şotlandiya)

Edinburq yaşıllıq əraziləri, piyada üçün rahat infrastrukturu, restoranları və zəngin mədəni həyatı ilə seçilir.

Respondentlərin fikrincə, şəhərin ən böyük üstünlüyü müxtəlif gecə həyatı seçimləridir. Burada həm yeraltı musiqi klubları, həm də tarixi tikililərdə təşkil olunan konsertlər fəaliyyət göstərir.

Sorğuda iştirak edənlərin 90 faizi Edinburqda özlərini digər şəhərlərlə müqayisədə daha xoşbəxt hiss etdiklərini bildirib. Respondentlərin 84 faizi şəhərdə həyat keyfiyyətini yüksək qiymətləndirib, 55 faizi isə Edinburqu reytinqin ən təhlükəsiz şəhəri adlandırıb.

5. Şanxay (Çin)

Şanxay da təhlükəsizliyi və inkişaf edən şəhər infrastrukturu ilə seçilən şəhərlər sırasındadır.

Şəhərdə kirayə qiymətləri yüksək olsa da, gənclər üçün əlçatan mənzil proqramları həyata keçirilir. Barlar, klublar və mədəniyyət məkanlarının sürətlə inkişaf etməsi də gənclərin diqqətini cəlb edir.

Sorğu iştirakçılarının 63 faizi Şanxayı qonaqpərvər şəhər adlandırıb, 76 faizi burada yeni dostlar qazanmağın asan olduğunu bildirib. Respondentlərin 83 faizi isə Şanxayda yaşamağa başladıqdan sonra xoşbəxtlik səviyyəsinin artdığını qeyd edib.скачать dle 11.3
Mojo.az Banner