Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Dünyanın ən "yaşıl" şəhərləri açıqlandı: Ən çox park və meşə olan yerlər

09.04.2026 21:59 507
Dünyanın ən
Şəhər həyatında yaşıllıq zonaları keyfiyyətli nəqliyyat və ümumi mühit qədər vacib hesab olunur.

"Time Out” platforması 24 min nəfər arasında sorğu keçirərək dünyanın ən "yaşıl” şəhərlərini müəyyənləşdirib.

Ümumi reytinqdə Melburn ilin ən yaxşı şəhəri seçilsə də, yaşıllıq səviyyəsinə görə birinci yeri Böyük Britaniyanın Bat şəhəri tutub. İkinci yerdə ABŞ-ın Çikaqo şəhəri, üçüncü yerdə isə Kanadanın Monreal şəhəri qərarlaşıb.

Ən çox yaşıllıq sahələrinə malik şəhərlər

1. Bat – 94% - Bu Britaniya şəhəri həm ətraf kənd mənzərələri, həm də şəhər daxilindəki park və geniş yaşıl əraziləri ilə seçilir. XVIII əsrə aid "Prior Park” landşaft bağı burada xüsusi diqqət çəkir.

2. Çikaqo – 89% - ABŞ-ın bu iri şəhəri "bağ içində şəhər” kimi də tanınır. Burada ümumi sahəsi 8 800 akrdan çox olan 600-dən artıq park mövcuddur.

3. Monreal – 88% - Kanadanın bu şəhəri geniş və müxtəlif ekosistemli yaşıl zonaları ilə məşhurdur. Burada meşələr, bataqlıq ərazilər, "Beaver Lake”, botanika bağları və "Jean-Drapeau” parkı yerləşir.

4. Riqa – 87% - Latviyanın paytaxtında şəhər ərazisinin 47%-i yaşıllıq, 39%-i isə meşələrdən ibarətdir.

5. Melburn – 87% - Avstraliyanın ikinci böyük şəhəri təbiətə çıxış imkanlarının genişliyi ilə seçilir və bu amil onun ümumi reytinqdə lider olmasına da təsir edib.

6. Keyptaun – 86% - Cənubi Afrika Respublikasının bu şəhəri UNESCO irsi olan bioloji müxtəlifliyi yüksək bölgədə yerləşir. Buradakı bitkilərin 70%-i dünyada başqa yerdə rast gəlinmir.

7. Sinqapur – 86% - 1967-ci ildən "bağ şəhəri” konsepsiyası ilə inkişaf edən Sinqapurun ərazisinin təxminən yarısı yaşıllıqla örtülüdür.

8. Medellin – 86% - Kolumbiyanın bu şəhərində yaşıllıq sahələri şəhər temperaturunun azalmasına belə təsir göstərir.

9. Stokholm – 86% - İsveçin paytaxtı 2010-cu ildə "Avropanın yaşıl paytaxtı” seçilib. Burada dünyanın ilk milli şəhər parkı yerləşir.

10. Hamburq – 85% - Almaniyanın bu şəhəri "Hamburqun yaşıl şəbəkəsi” layihəsi ilə tanınır və yaşıl damlar sahəsində liderlərdən biridir.

İkinci onluq

11. Pekin – 84%
12. Vyana – 83%
13. Helsinki – 83%
14. Krakov – 82%
15. Oslo – 81%
16. Seul – 80%
17. Tallin – 79%
18. Oklend – 78%
19. Lüksemburq – 78%
20. San-Paulu – 76%

Reytinq necə hazırlanıb?

Sorğu çərçivəsində 150 şəhərdə yaşayan insanlara "şəhərinizdə yaşıllıq sahələrini və təbiətə çıxışı necə qiymətləndirirsiniz?” sualı verilib. Daha çox "yaxşı” və "əla” cavabı alan şəhərlər siyahıya daxil edilib və hər ölkə üzrə ən yüksək nəticə göstərən şəhər seçilib.скачать dle 11.3
Mojo.az Banner