Mojo.az Banner
23:02 Azərbaycanda vergi borcları 4 milyardı keçib  |     22:57 ABŞ məhkəməsi Ağ Evdə bal zalının tikintisini danyandırmağa dair qərar verib  |     22:31 İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı  |     22:19 Vəkil İlqar Həmidov həbs edildi  |     22:13 Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ  |     21:54 Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb (Video)  |     21:52 İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var  |     21:18 Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     21:17 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN  |     21:13 Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib  |     21:11 Cəbrayılda iki kənddə yanğın: FHN hərəkətə keçdi  |     20:33 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu  |     20:31 Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular  |     20:30 "Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi  |     19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |     18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |    
Left Banner
Right Banner

Bu yolla pensiyanız arta bilər — Akif Nəsirli

06.08.2026 14:13 735
Bu yolla pensiyanız arta bilər — Akif Nəsirli
Azərbaycanda uzun illər əmək müqaviləsi bağlanmadan çalışan şəxslərin sayı hələ də az deyil. Belə hallarda işçi əməkhaqqını alsa da, onun adına məcburi sosial sığorta haqları ödənilmədiyi üçün gələcək pensiya hüquqları da risk altına düşür. Mütəxəssislər bildirirlər ki, pensiyanın məbləği təkcə işlənilən illərdən deyil, həmin dövrdə ödənilən sosial sığorta haqları və formalaşan pensiya kapitalından da asılıdır.

Bəs uzun illər qeyri-rəsmi işləyən və sonradan bunu məhkəmə və ya digər hüquqi yollarla sübut edən şəxs həmin dövrü əmək stajına daxil etdirə bilərmi?

Bu, avtomatik olaraq pensiya kapitalının və gələcək pensiyanın artmasına səbəb olurmu, yoxsa bunun üçün əlavə şərtlər mövcuddur?

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirlibildirib ki, uzun illər əmək müqaviləsi olmadan işləyən şəxs sonradan məhkəmə və ya digər hüquqi prosedurlar vasitəsilə həmin əmək münasibətlərini sübut edərsə, müəyyən hallarda bu dövrün əmək stajı kimi tanınması mümkündür.

İqtisadçı əlavə edib ki, bunun baş verməsi avtomatik xarakter daşımır. Məhkəmə işçinin həqiqətən həmin müəssisədə işlədiyini müəyyən etdikdən sonra müvafiq dövlət orqanları tərəfindən bu dövrün rəsmiləşdirilməsi istiqamətində addımlar atıla bilər.

"Bununla belə, əmək stajının tanınması pensiyanın avtomatik olaraq artacağı anlamına gəlmir. Hazırkı pensiya sistemi əsasən ödənilmiş məcburi sosial sığorta haqları və həmin haqlar hesabına formalaşan fərdi pensiya kapitalı üzərində qurulub. Əgər qeyri-rəsmi işlənilən dövr üzrə sosial sığorta haqları ödənilməyibsə, təkcə stajın tanınması pensiya kapitalını artırmır", — deyə Akif Nəsirli əlavə edib.

A. Nəsirli nin sözlərinə görə, 2006-cı ilə qədərki dövrdə staj məhkəmə qaydasında tanınırsa, bu halda həmin staj əsasında minimum əmək pensiyası qazanmaq mümkündür. Ancaq sonrakı illərdə ödənilən sığorta haqqı pensiya məbləğinin artırılması üçün əsas şərtdir.
Pensiya məbləğinin artması üçün həmin dövr üzrə qanunvericiliyə uyğun şəkildə sosial sığorta haqlarının hesablanması və ödənilməsi vacib şərtdir. Bu məsələ isə konkret işin xüsusiyyətindən, məhkəmə qərarının məzmunundan və işəgötürənin üzərinə qoyulan öhdəliklərin necə icra olunmasından asılıdır.

"Əgər məhkəmə işəgötürəni həmin dövr üzrə sosial sığorta haqlarını ödəməyə məcbur edər və bu ödənişlər faktiki həyata keçirilərsə, həmin məbləğlər fərdi hesabda əks oluna və gələcək pensiya hüquqlarına müsbət təsir göstərə bilər.
Bu baxımdan qeyri-rəsmi işləyən şəxslər üçün ən etibarlı yol əmək münasibətlərinin ilk gündən əmək müqaviləsi ilə rəsmiləşdirilməsidir. Bu, həm əmək hüquqlarının, həm də gələcək pensiya təminatının qorunmasının əsas şərtlərindən biridir", — deyə iqtisadçı sonda vurğulayıb.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner