Mojo.az Banner
11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiyaçıların nəzərinə! — AÇIQLAMA

01.06.2026 21:06 363
Pensiyaçıların nəzərinə! — AÇIQLAMA
Azərbaycanda işləyən pensiyaçıların sayı açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, aprel ayına dair rəsmi statistik hesabata əsasən, əmək pensiyası alan və işləməyə davam edən şəxslərin sayı 152 min 352 nəfər olub. Qeyd edilib ki, onların 105 min 20 nəfəri yaşa görə, 41 min 667 nəfəri əlilliyə görə, 5 min 665 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alan şəxslərdir.

Pensiya alan şəxsin işləməsi onun sosial təminat hüquqlarına və ya gələcək pensiya hesablanmasına necə təsir edir?

Median.Az bildirir ki, bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycanda pensiya alan şəxsin işləməyə davam etməsi onun həm cari pensiya ödənişlərinə, həm də gələcəkdə alacağı pensiya məbləğinin artmasına birbaşa təsir göstərir:

““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, işləyən pensiyaçılara yaşa görə əmək pensiyası (və ya onun sığorta hissəsi) tam məbləğdə ödənilir. Yəni, işləmək pensiyanın kəsilməsinə və ya məbləğinin azalmasına səbəb olmur. Əlilliyə görə pensiya alan şəxslər işlədikdə də pensiyalarını tam məbləğdə alırlar. Ailə başçısını itirməyə görə pensiya alan şəxslər işlədikdə də pensiya tam məbləğdə ödənilir. Lakin dövlət qulluqçuları, hərbi qulluqçular və s. kimi qulluq stajına görə əlavələr alan şəxslər öz vəzifələrində çalışmaqda davam etdikdə, qulluq stajına görə əlavələrin 50 faizi ödənilir”.

O deyib ki, işləyən pensiyaçının əməkhaqqından ödənilən sosial sığorta haqları onun fərdi hesabında toplanmağa davam edir:

“İşləyən pensiyaçılar həm pensiyaçı, həm də işçi kimi bütün sosial hüquqlara malikdirlər. Onların işlədiyi dövr sığorta stajına daxil edilir və bu dövrdə yaranan bütün əmək hüquqları (məzuniyyət, xəstəlik vərəqəsi və s.) qorunur. Azərbaycanda pensiyaçıların işləməsi onların pensiyasının azalmasına deyil, əksinə, hər 6 ildən bir və ya işdən çıxdıqda pensiya məbləğinin artmasına gətirib çıxarır”.//sfera.azскачать dle 11.3
Mojo.az Banner