Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Ətin qiyməti niyə od tutub yanır?

23.07.2026 17:36 483
Ətin qiyməti niyə od tutub yanır?
"Azərbaycanda son illər mal və qoyun ətinin qiymətində müşahidə olunan artımın əsas səbəbi yem çatışmazlığı və heyvan sayının azalmasıdır”.

Bunu "Bakupost”a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

Ekspert bildirib ki, ölkədə yem istehsalı tələbatı ödəmir:

"Azərbaycanda tələbatdan iki dəfə az ot, on dəfə az yem istehsal olunur. Heyvan yem olmadan ət vermir. Qida rasionu zəif olduğu üçün heyvanların gündəlik çəki artımı cəmi 400-500 qram təşkil edir. Bu isə ətin maya dəyərini artırır.”

Onun sözlərinə görə, örüş sahələrinin azalması və məhsuldarlığın aşağı düşməsi də heyvandarlığa mənfi təsir göstərir. Nəticədə heyvanların baş sayı azalır, bazarda təklif zəifləyir və qiymətlər yüksəlir.

V.Məhərrəmli qeyd edib ki, Azərbaycanda adambaşına illik ət istehsalı 36-38 kiloqram civarındadır. Halbuki normal göstərici təxminən 76 kiloqram hesab olunur:

"Əhalinin alıcılıq qabiliyyəti zəif olsa da, ətə tələbat yüksəkdir. İnsanlar ailələrinin normal qidalanmasını istəyirlər. Təəssüf ki, bu gün ət bir çox ailə üçün əlçatan deyil.”

Ekspert bildirib ki, son iki ildə dünya bazarında da ətin qiyməti artır. Bunun səbəblərindən biri qlobal istiləşmə və bir çox ölkələrin ixracı azaltmasıdır.

Onun sözlərinə görə, əvvəllər Azərbaycana diri heyvan ixrac edən bəzi ölkələr artıq məhsullarını daha yüksək qiymətə başqa bazarlara satırlar:

"Gürcüstan artıq diri heyvanı Azərbaycana deyil, daha yüksək qiymətə ərəb ölkələrinə ixrac edir. Hazırda Monqolustandan kəsilmiş ət gətirilir. Lakin bu da uzunmüddətli həll deyil. Daha böyük bazarlar həmin məhsulu aldıqca Azərbaycanın idxal imkanları zəifləyə bilər.”

Ekspert hesab edir ki, yaxın illərdə həm diri heyvan, həm də ət idxalında azalma baş verə bilər. Bu isə daxili bazarda ətin qiymətinin daha da bahalaşmasına səbəb olacaq.

Son xəbərlər