Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bibi Heybət"in imamının diplomu tanınmadı

22.07.2026 17:01 351
Qafqaz Müsəlmanları İdarəsinin qazisi, "Bibi Heybət” məscid-ziyarətgah kompleksinin rəhbəri və imamı Hacı Mir Rahib Babayevin diplomu tanınmayıb.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb Rahib Babayevin 1992-1997-ci illərdə təhsil aldığı Bakı İslam İnstitutunun lisenziyasız fəaliyyət göstərməsi olub.

Axund məhkəmədə Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldırıb. İddiada qeyd edib ki, lisenziyanın alınmadığı 2009-cu ildən əvvəlki dövrdə Bakı İslam İnstitutunun (BİU) — ləğv edilmiş Bakı İslam Universitetinin və hazırkı Azərbaycan İlahiyyat İnstitutunun — fəaliyyəti qanunsuz kimi qiymətləndirilə bilməz.

Nazirlikdən isə bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, Rahib Babayevin diplomunun tanınması yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmir və digər tələblərə də əməl edilməlidir.

Belə ki, BİU tərəfindən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil edilməsi, tədris olunan ixtisasların Nazirlər Kabineti tərəfindən təsdiqlənməməsi, qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının Təhsil Nazirliyi tərəfindən təsdiqlənməməsi, buraxılış attestasiya komissiyalarının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təsdiq edilməməsi, diplom blankları nümunələrinin universitet tərəfindən təsdiqlənməsi, universitetin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq regionlarda şöbələrinin yaradılması və bu günədək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını göstərir.

Məhkəmə Rahib Babayevin iddiasını təmin etməyib. Onun "dövlət nümunəli diplom blankının inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsə göndərilməsi” barədə tələbi də təmin olunmayıb.скачать dle 11.3
Mojo.az Banner