Mojo.az Banner
Left Banner
Right Banner

Xəzər dənizində neft tankeri vuruldu - Kapitan öldü

20.07.2026 18:38 114
Xəzər dənizində neft tankeri vuruldu - Kapitan öldü
Xəzər dənizində Rusiyanın NELSA tankerinə yükləmə zamanı dron hücumu edilib.

Bu barədə Xəzər Boru Kəməri Konsorsiumu şirkəti məlumat yayıb.

Dron gəmiyə zərbə endirib, nəticədə yanğın başlayıb.

Yanğın bir neçə saat ərzində tankerin yükləmə heyəti və təcili yardım qüvvələri tərəfindən söndürülüb.

"Kapitan və birinci köməkçi istisna olmaqla, 22 nəfərlik beynəlxalq heyət yedək gəmilərlə təxliyə edilib. Tanker suda qalıb. Neftin yüklənməsi dayandırılıb və çənlərdən neft dağılmasına və ya alışmasına icazə verilməyib", - deyə açıqlamada qeyd olunub.
//unikal.azскачать dle 11.3
Mojo.az Banner