Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək |
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan neftini daşıyan tankerlərə dron hücumunun təfərrüatı məlum oldu

14.01.2026 20:33 699
Qazaxıstan neftini daşıyan tankerlərə dron hücumunun təfərrüatı məlum oldu
"Qara dənizdə dronların hücumuna məruz qalan tankerlər həmin vaxt Qazaxıstan nefti ilə yüklənməyi gözləyirdilər".

Bu barədə "Reuters" agentliyi yazıb.

Yenilənmiş məlumata görə, Qazaxıstan nefti üçün yola düşən iki neft tankeri Qara dənizdə dron hücumundan zərər görüb. İnsident yanvarın 13-də Novorossiysk yaxınlığında Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalına yaxın ərazidə baş verib.

Agentliyin məlumatına görə, "Delta Harmony" və "Matilda" gəmiləri zədələnib. ABŞ-nin "Chevron" neft korporasiyası tərəfindən icarəyə götürülmüş birinci tanker "Tengiz" yatağından nefti göyərtəsinə qəbul etməli idi. Yunanıstanın "Thenamaris" gəmiçilik şirkətinin idarəçiliyində olan və "Kazmortransflot" ("KazMunayGaz"ın törəmə şirkəti) tərəfindən icarəyə götürülmüş ikinci tanker "Matilda" isə Karaçaqanak yatağından xam neft üçün gedirdi.

"Delta Harmony" gəmisi təxminən saat 05:12-də hücuma məruz qalıb. Gəminin göyərtəsində qısamüddətli yanğın baş verib və ekipaj onu tez zamanda söndürüb. Mövcud məlumata görə, komanda üzvləri xəsarət almayıblar və dəniz akvatoriyasının çirklənməsi qeydə alınmayıb. Hadisədən sonra gəmilər sərbəst şəkildə ərazini tərk ediblər.

"Xəzər Boru Kəməri Konsorsiumu terminalından 48 kilometr aralıda olduğu zaman "Matilda" tankerinə iki dəfə dron zərbəsi dəyib. Göyərtə konstruksiyaları zədələnib, lakin gəmi dəniz hərəkətinə yararlılığını saxlayıb və təhlükəli ərazini tərk edib. "Thenamaris" şirkətinin və "KazMunayGas" milli neft-qaz şirkətinin nümayəndələri hücum faktını rəsmi şəkildə təsdiqləyiblər", - deyə nəşr bildirir.

Agentliyin məlumatına görə, ümumilikdə dörd gəmi zərbəyə məruz qalıb, lakin yalnız yuxarıda adı çəkilən iki tankerdə ciddi zədələr qeydə alınıb. Hadisə nəticəsində beynəlxalq sığorta şirkətləri dərhal Qara dəniz akvatoriyasında fəaliyyət göstərən gəmilər üçün "müharibə" sığortası stavkalarını təxminən ikiqat artıraraq cavab veriblər.

Son xəbərlər