Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir

25.11.2024 20:20 1 389
Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir
Qazaxıstan neftini Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsini davam etdirir.

Bunu ölkənin energetika naziri Almasadam Satkaliyev hökumət saatında bildirib.

"Bakı-Supsa neft kəmərinin imkanları nəzərdən keçirilir. Kəmərin illik ötürücülük qabiliyyəti 5 milyon ton, mümkün tədarük həcmi ildə 3 milyon tona qədərdir. Bu marşrutun istifadəsi hazırda işlənmə və müzakirə mərhələsindədir", - A.Satkaliyev vurğulayıb.

Nazir əlavə edib ki, Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Qazaxıstan neftinin ixracı üçün ən etibarlı marşrut olaraq qalır:

“Hazırda CPC Qazaxıstan neftinin ixracı üçün ən etibarlı və səmərəli marşrutdur. Bu gün tədarük həcmini 67 milyon tondan 81,5 milyon tona, o cümlədən Qazaxıstan bölməsi üçün 53,7 milyon tondan 72,5 milyon tona qədər artırmaq texniki cəhətdən mümkündür”.

A.Satkaliyev bildirib ki, 2024-cü ildə Qazaxıstandan ümumi neft ixracı 68,8 milyon ton neft səviyyəsində planlaşdırılır.

Ötən il Qazaxıstan 90 milyon ton hasilatla xarici bazarlara 70,5 milyon ton neft çıxarıb.

Nazirin sözlərinə görə, neft ixracı aşağıdakı əsas istiqamətlər üzrə həyata keçiriləcək:

Xəzər Boru Kəməri Konsorsiumu - 55,4 milyon ton neft, Atırau - Samara - 8,6 milyon ton, Çin - 1,1 milyon ton, Aktau limanı - 3,6 milyon ton, dəmir yolu ilə - 0,05 milyon ton.
//report

Son xəbərlər