Mojo.az — elanlar
Son Xəbərlər
13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropada anomal istilər son dörd ildə 200 mindən artıq can alıb

17.07.2026 15:55 411
Avropada anomal istilər son dörd ildə 200 mindən artıq can alıb
Son dörd il ərzində Avropa ərazisində 200 mindən artıq şəxs anomal istilərin qurbanı olub.

Bu faktı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə rəhbəri Hans Klüge TASS agentliyinə açıqlamasında bildirib.

Hans Klügenin sözlərinə görə, təkcə 2022-2025-ci illəri əhatə edən dövrdə ÜST-nin Avropa regionunda 200 mindən çox insan istidən vəfat edib.

O əlavə edib ki, son 20 il ərzində yüksək temperaturla əlaqədar ölüm göstəricilərində 30 faizlik artım müşahidə olunur:

"Bu, sadəcə bir ehtimal deyil, hazırda yaşanan reallıqdır".

Təşkilat rəsmisi vurğulayıb ki, cari ilin yayında rekord istilər ucbatından 10 mindən artıq əlavə ölüm halının qeydə alınmasına dair ÜST-nin son açıqlaması yalnız beş dövləti əhatə edir.

Qeyd edək ki, Avropa Ümumdünya Səhiyyə Təşkilatının altı regionundan biridir. O, Avropa və Mərkəzi Asiyanın 53 dövlətini, o cümlədən Rusiya, Türkiyə, Qafqaz ölkələri, Qazaxıstan, Qırğızıstan və Tacikistanı birləşdirir.

Son xəbərlər