Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - VİDEO

15.07.2026 13:01 255
10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - VİDEO
Mənzil almaq istəyən Bakı sakini Mehriban Həsənova illərdir həllini tapa bilməyən problemlə üzləşib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, o, 4 il əvvəl akademik Həsən Əliyev prospektində almaq üçün 80 min manat ödədiyi mənzilin sonradan ümumiyyətlə mövcud olmadığını öyrənib.

Mehriban Həsənova mənzil üçün ödəniş edib və müqavilə imzalayıb. Ancaq sonradan aldığı mənzillə bağlı ciddi uyğunsuzluqlar ortaya çıxıb. İddiasına görə, ona binanın 11-ci mərtəbəsindən mənzil satılıb. Halbuki, layihəyə əsasən, bina cəmi 10 mərtəbədən ibarət olub. İndi isə Mehriban Həsənova nə pulunu ala, nə də olmayan mənzilinə köçə bilir.

Zərərçəkənin sözlərinə görə, məsələni araşdırarkən məlum olub ki, binanın tikintisini hələ 2020-ci ildə aidiyyəti qurumlar dayandırıb və növbəti mərtəbələrin inşasına icazə verilməyib. Buna baxmayaraq, MTK rəhbərliyi ona inşa olunmamış mərtəbədən mənzil satıb.

Məsələnin üzərindən dörd il keçsə də, Mehriban Həsənova nə mənzilini ala, nə də ödədiyi vəsaiti geri qaytara bilir.

Məsələ ilə bağlı adıçəkilən - "MM Park" MMC ilə əlaqə saxladıq. Şirkətdən tərəflər arasında məhkəmə prosesi yekunlaşana qədər heç bir açıqlama verməyəcəklərini bildirdilər.скачать dle 11.3
Mojo.az Banner