Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək |
Mojo.az Avto
Mojo.az Avto

Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı (VİDEO)

14.07.2026 17:57 333
Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı (VİDEO)
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb.

Median.Az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə görüntülər daxil olub.

Vətəndaşlar bildirirlər ki, nə vaxt xəstəxanaya rentgenə gəlsələr xeyli müddət növbədə gözləməli olurlar.

Xəstəxana işçiləri buna səbəb kimi isə sistemin işləmədiyini, dayandığını əsas gətirirlər.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Oxu.Az-a bildirilib ki, bu gün səhər saat 10:00-11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb.

"Bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib.

Texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Anlayış və səbir nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirik".

Sözügedən növbə izdihamından görüntüləri təqdim edirik:

Son xəbərlər