Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 7 saylı poliklinikada rentgen aparatı işləmir? - AÇIQLAMA

15.02.2024 13:29 3 051
Bakıda 7 saylı poliklinikada rentgen aparatı işləmir? - AÇIQLAMA
Vətəndaşlar paytaxtın Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasının xidmət keyfiyyətindən narazıdırlar.

Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən ünvanlanan şikayətdə qeyd edilib.

Vətəndaşlar iddia edirlər ki, ən böyük problemlərdən biri TƏBİB sisteminin işləməməsidir:

“Xəstələr həkim qəbuluna yazılmaq üçün bəzən saatlarla gözləməli olurlar. Dəfələrlə qaynar xəttə yığıb şikayət etmişik, amma sistemin işləməməsi səbəbindən problem öz həllini tapmır. Qeyd edim ki, bu hal digər poliklinikalarda da müşahidə olunur. Bundan başqa rentgen və USM aparatlarının normal işləməməsi də xəstələrdə narazılıq yaradır. Bəzən günlərlə USM, bəzən də rentgen aparatı işləmir. Vətəndaşa da rahat şəkildə “aparat işləmir, başqa yerə gedin” deyə bildirirlər”.

Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 7 nömrəli Şəhər Poliklinikasına müraciətlər xəstəxana məlumatlarının idarəetmə sistemi üzərindən elektron qaydada qeydə alınır:

“Xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında, keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün bir sıra dövlət qurumları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır. Digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı zaman bir müddətlik sözügedən sistemdə də ləngimələr qeydə alınır. Lakin bu uzunmüddətli və daimi xarakterli deyil. Hazırda hər hansı çətinlik müşahidə olunmur.

Ultrasəs müayinəsi (USM) həkimi səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında bir neçə gün işdə olmayıb. Hazırda iş başındadır.

Müəssisənin rentgen cihazında yaranan texniki nasazlıq aradan qaldırılıb. Hazırda USM aparatı və rentgen cihazı vətəndaşlara xidmət üçün tam işlək vəziyyətdədir”.

Son xəbərlər