Mojo.az Banner
12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |     11:11 İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı  |     11:10 Naxçıvanda bir evdə iki dəhşətli hadisə: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi  |     11:08 Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İddia  |     10:58 Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir  |     10:56 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Semaşko”da müayinə aparatı işləmir: Xəstələr narazıdır

12.07.2021 11:16 864
“Semaşko”da müayinə aparatı işləmir: Xəstələr narazıdır
1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.

Bu barədə “Report”a orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.

Taksikoloji-kimyəvi müayinələrin aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihaz hələ daha bir müddət işləməyəcək.

1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, sözügedən aparat bir müddətdir fəaliyyətini dayandırıb. Qeyd olunub ki, bu, cihazın ehtiyat hissələrində yaranmış nasazlıqla əlaqədardır.

Həmçinin bildirilib ki, artıq avadanlığın dəyişilməsinə zəruri olan detalların xarici ölkədən gətirilməsi üçün sifariş edilib:

“Biz də gözləyirik, bu həftəyə və yaxud gələn həftəyə gəlməlidir. Bu cihazlar bahalıdır və ehtiyyat hissələri də xaricdən gətirilir. Ona görə də buna zaman lazımdır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olsa da, xəstəxanadakı laboratoriya onların tabeliyində deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilib.

Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bu ilin aprel ayında “Semaşko”nun direktoru İlham Qafarov işdən çıxarılıb. Yeni direktor vəzifəsinə isə Könül Ələkbərova təyin olunub.скачать dle 11.3
Mojo.az Banner