Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Semaşko”da xəstələr oksigensiz qaldı – Oksigen balonları oğurlandı – VİDEO

29.04.2021 13:17 786
“Semaşko”da xəstələr oksigensiz qaldı – Oksigen balonları oğurlandı – VİDEO
Düşünün, bir yaxınınız xəstəxanada ağır vəziyyətdə oksigen balonuna bağlı halda yatır. Və gecənin bir aləmində xəstəxanadan zəng gəlir ki, xəstəxananın oksigen balonlarının olduğu yarımstansiyada oğurluq olub və dərhal gəlin! Keçirdiyiniz hiss-həyəcanı, stresi bir anlıq təsəvvürünüzə gətirin. İlk ağlınızdan keçən yəqin ki, xəstənizin ölüm xəbərini almağınız olacaq. Dünən Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə bu hadisə baş verib.
Xəstələrə qoşulan oksigen balonlarının dəmir boruları oğurlanıb, xəstələr oksigen çatışmazlığı riski, yəni ölümlə üz-üzə qalıblar.

Median.az
xezerxeber.az-a istinadən bildirir ki, hadisə dünən gecə paytaxt Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Oksigen balonlarının olduğu yarımstansiyada oğurluq olub, nəticədə xəstəxanada həyəcanlı anlar yaşanıb.

Xəstə yaxınlarının sözlərinə görə, hadisə zamanı ölüm hadisəsi qeydə alınmasa da, balonların işləməyəcəyini düşünən hər kəs stresə girib.

Xəstə yaxınları bildirirlər ki, gecə baş vermiş hadisə ilə bağlı onlara məlumat verilən kimi dərhal xəstəxanaya gəliblər.

“Xəzər Xəbər” məsələnin təfərrüatlarını öyrənmək üçün hadisə yerində olub. 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirildi ki, xəstəxana daxilində 2 oksigen stansiyası fəaliyyət göstərir. Əsas oksigen stansiyasında heç bir problem yaşanmayıb. Problem ehtiyat yarımstansiyada baş verib. Stansiyada olan azot balonlarının mis ştativləri oğurlanıb.

Hadisənin ərazinin yaxınlığında yerləşən narkoloji dispanserdə yatan xəstələr tərəfindən törədildiyindən şübhələnilir. Güman olunur ki, gecə narkotik istifadəçiləri 1 saylı Kliniki Tibbi Mərkəzin zirzəmisinə girərək üçüncü korpusa gələn oksigen borularının xəttini kəsib götürüblər. Həmin korpusda oksigenə ehtiyacı olan xəstə olmadığından heç kim zərər çəkməyib. Problem qısa müddətdə aradan qaldırılıb.

Artıq fakt ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, məsələ Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsində araşdırılır. O da qeyd olunub ki, bu, artıq xəstəxana daxilində baş vermiş ikinci belə hadisədir.скачать dle 11.3
Mojo.az Banner