Mojo.az Banner
23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |    
Left Banner
Right Banner

Gəncədə xəstəxananın oksigen balonu yandı, ağır xəstələr təxliyə olundular (Yenilənib)

11.06.2025 15:23 1 278
Gəncədə xəstəxananın oksigen balonu yandı, ağır xəstələr təxliyə olundular (Yenilənib)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə xəstəxanada baş verən hadisə barədə məlumat yayıb.

TƏBİB-dən bildirilib ki, iyunun 11-də saat 10:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına 1 saylı xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.

Qeyd edək ki, hadisə ilə əlaqədar iki pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.

Əlavə edək ki, Abbas Səhhət adına 1 saylı xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.

* * * * * *

Gəncədə xəstəxanada problem yaranıb.


Hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verib. Xəstəxanada olan oksigen balonu qəfildən yanıb.

Nəticədə xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr üçün problem yaranıb.

Xəstələr təcili tibbi yardım briqadaları vasitəsilə Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülüblər. Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner