Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Balıqçılıq məhsullarının yeni satış qaydası bu cür olacaq

14.07.2026 16:09 492
Balıqçılıq məhsullarının yeni satış qaydası bu cür olacaq
Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahələri üzrə normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilə bilər.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, balıq məhsulları "Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq qablaşdırılır və etiketlənir. Balıq məhsulları ticarət dövriyyəsinə daxil edilən zaman "Baytarlıq haqqında” qanuna uyğun olaraq baytarlıq sənədləri ilə müşayiət edilir. Balıqçılıq subyektləri tərəfindən balıq ovu və ya akvakultura fəaliyyəti nəticəsində əldə edilən balıq və digər su bioresursları ticarət dövriyyəsinə daxil edilməsi üçün onların mənşəyi, cinsi, növü, partiya miqdarı və partiya çəkisi, orta ölçüləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.

Balıq və digər su bioresurslarının ticarət dövriyyəsinə daxil edilməsi üçün informasiya sisteminə daxil edilən məlumatlar əsasında balıq və digər su bioresurslarının növ və həcminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), satılan məhsulun minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət həyata keçirilir.

Ticarət dövriyyəsinə daxil edilmiş balıqçılıq obyektlərinin satışı "Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq, Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş kənd təsərrüfatı məhsullarının satış yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir. İxtisaslaşmış bazarların təşkili üçün torpaq sahələrinin ayrılması "Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq həyata keçirilir. İxtisaslaşdırılmış bazarların yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Layihəyə görə, balıq məhsullarının idxal və ixracı "Qida təhlükəsizliyi haqqında” qanunda nəzərdə tutulmuş qaydada (dondurulmuş və soyudulmuş balıq və digər su bioresurslarının ixracına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla) həyata keçirilir. Balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla həyata keçirilir. Ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətləri müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edilib ki, balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi prosesində şəffaflığın və nəzarətin artırılması məqsədilə məhsulların mənşəyi, növü, həcmi və digər göstəricilər üzrə məlumatların elektron sistemlərdə qeydiyyata alınması və izlənməsi mexanizmi müəyyən olunur ki, bu da həm qida təhlükəsizliyinin təmin edilməsinə, həm də bazar münasibətlərinin tənzimlənməsinə xidmət edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
//qaynar.az

Son xəbərlər