Mojo.az Banner
21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ

07.07.2026 12:31 501
Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ
Milli Məclis dövlət ümumi təhsil müəssisələrində müəyyən edilən geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbitini üçüncü oxunuşda qəbul edib.

Bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.

Sənəddə həmçinin təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.

Bildirilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq son oxunuşda qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner